YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Dünya azərbaycanlıları Azərbaycan dövləti və bu dövlətin başçısı ilə fəxr edirlər

Müsahibimiz Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

- Dünya Azərbaycanlılarının növbəti Qurultayı artıq başa çatdı.  Qurultay Azərbaycan diasporunun qarşısında hansı yeni vəzifələr qoydu?

- Birinci dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən və dünya azərbaycanlılarını birləşdirməyə, azərbaycançılıq ideyalarını gücləndirməyə xidmət edən Qurultaylardan daha biri artıq tarixə çevrildi. Amma bu Qurultayı, eyni zamanda bizim üçün yeni bir tarixin başlanğıcı saymaq olar. Toplantının açılışında cənab Prezident İlham Əliyev tarixi çıxışı ilə vahid qüvvəyə çevrilmək və azərbaycançılıq ideyası naminə birləşmək baxımından diaspor üzvlərinin qarşısına yeni vəzifələr qoydu, gələcək illərdə görüləcək işlərin proqramını verdi. Yəni qarşıdakı illərdə biz Azərbaycan diasporunun azərbaycançılıq ideyalarını unutmadan yaşadığı ölkələrdə mövqelərinin gücləndirilməsini, həmin ölkələrin ictimai, siyasi, iqtisadi həyatındakı rolunun daha da artırılmasını, müxtəlif dövlət və qanunvericilik orqanlarında təmsil olunmaq, xüsusilə dəxaricikütləvi informasiya vasitələrinə çıxışı lazımi səviyyədə təmin etmək yolunda çalışacağıq. Digər bir əsas məqam dünyada yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin kəsilməməsi, müstəqil Azərbaycan Respublikasının ətrafında daha sıx birləşməsidir ki, biz bu birliyin son illər daha da gücləndiyinin şahidi oluruq. Mən artıq cəsarətlə deyə bilərəm ki, cənab Prezident İlham Əliyevin Azərbaycan dövlətini inkişafına nail olmaq, onun müstəqilliyini qorumaq naminə böyük güclərin qarşısına çıxdığını görən dünya azərbaycanlıları Azərbaycan dövləti və bu dövlətin başçısı ilə fəxr edirlər.

Ölkə başçısının toxunduğu başqa bir məqam, diaspor təşkilatları arasında koordinasiyanın, birlik, həmrəyliyin təmin edilməsidir ki, bu məsələdə də Prezidentimiz daha çox Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə məsuliyyət düşdüyünü bildirdi, xarici ölkələrdəki səfirliklərimizi isə bu işdə daha fəal olmağa çağırdı. Bundan başqa, ölkəmizdə əlverişli biznes mühitinin yaradılığını vurğulayan cənab Prezident çıxışında, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı iş adamlarını Azərbaycana sərmayə qoymağa, çağırışını da xüsusi qeyd etmək istəyirəm.

Nazim müəllim, cənab Prezidentin çıxışında vurğuladığı vacib məqamlardan biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatıdırılması işində xarici KİV-lərdən daha səmərəli istifadə edilməsi idi...

- Bəli, həqiqətən də cənab Prezident bu sahədə bugünkü reallığı açıq şəkildə səsləndirdi və diasporumuzun qarşısında gələcəyə hədəflənən məsuliyyətli bir vəzifə qoydu. Bu gün dünyada gedən informasiya müharibəsi şəraitində xarici media qurumları ilə işlərin lazımi səviyyədə qurulması, xarici mediaya çıxışın genişlənməsi çox vacib və dövlətimiz üçün önəmli bir məsələdir. Bunun üçün cənab Prezident tövsiyə etdi ki, azərbaycanlı jurnalistlər təbəqəsinin yetişməsinə və onların müxtəlif media orqanlarında təmsil olunmasına nail olmalıyıq, yeni informasiya vasitələri yaratmalı, xüsusilə internet resurslarından maksimum istifadə etməliyik.Artıq dünyada gedən proseslər göstərir ki, müharibə təkcə silahla deyil, eyni zamanda informasiya ilə aparılır və biz bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik. Amma son aprel döyüşləri göstərdi ki, bizim - Azərbaycan dövlətinin və diasporunun indiyə qədər gördüyü işlər öz bəhrəsini verir. Məhz beynəlxalq aləmdə aparılan təbliğat işinin nəticəsi olaraq, dünya ictimaiyyəti Dağlıq Qarabağ probleminə xüsusi diqqət ayırdı, Erməninstan Silahlı Qüvvələrinin təxribatı nəticəsində yenidən alovlanmış müharibə ilə əlaqədar narahatlıq ifadə edən bəyanatlar səsləndi. Dünya ictimaiyyəti, beynəlxalq qurumlar, xüsusilə də ATƏT-in Misk qrupu münaqişənin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində fəallığı artırmağa başladı. Beləliklə də, uzun müddət davam edən danışıqlar prosesində süstlük, hərəkətsizlik yenidən aktiv fazaya keçdi.

Bütün bunlar onu göstərir ki, artıq dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini qəbul edir və atılan addımlar öz səmərəli töhfələrini verir. Bu da əlbəttə ki, Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin və təbliğatın nəticəsidir.

Amma təbii ki, yaranmış yenisituasiyada Azərbaycan diasporunun qarşısında mühüm vəzifələr dayanır. Diaspor təşkilatlarımız, xarici ölkələrdə yaşayan azərbaycanlılar indi daha fəal iş aparmalı, yeni vasitələrdən, informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə etməlidirlər.

Təəssüfləndiricidir ki, bu ərəfədə  Almaniya Bundestaqında qondarma erməni soyqırımının tanınması məsələsi gündəmə çıxdı. Bununla əlaqədar Türk diasporu ilə əməkdaşlıqda yeni plan və proqram olacaqmı ..

-  Almaniya Bundestaqında “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanan qətnamənin qəbulu hər birimizi təəssüfləndirir. Amma bildirmək istəyirəm ki, qondarma soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətində çatıdırılmasında Azərbaycan diasporu hər zaman türk diasporuna dəstək göstərib və bundan sonra da göstərəcək, hər zaman olduğu kimi Azərbaycan Türkiyə ilə bir yerdə olacaq. Bizim diasporlar arasındakı münasibətlər elə səviyyədə qurulub ki, erməni təxribatı ilə bağlı hər hansı fakta dərhal qarşılıqlı olaraq reaksiya verilir və koordinasiyalı şəkildə fəaliyyət göstərilir. Bu dəfə də birgə mübarizə aparacağıq və əminəm ki, nəticə əldə olunacaq. Belə hallar dəfələrlə olub. İsrail parlamentində də belə bir addıma cəhd edildi. Amma Azərbaycan diasporunun da fəallığı nəticəsində bunun qarşısı alındı. İndi dəAzərbaycan diasporu Türkiyənin yanında olacaq, bununla bağlı hansı addımlar atılacaqsa, biz Türkiyəyə dəstək verməyə hazırıq.

Nazim müəllim, qayıdaq Dünya Azərbaycanlılarının IV Qurultayına. Bu Qurultay formatına görə əvvəlkilərdən fərqli olması ilə də yadda qaldı...

- Bir məsələni əminliklə deyə bilərik ki, artıq Dünya Azərbaycanlılarının Qurultayları dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılardan ötrü ölkəmiz naminə daha fəal iş görmək, bu istiqamətdə səyləri birləşdirmək, koordinasiyanı daha da möhkəmləndirmək üçün önəmli platformaya çevrilib. Bu qurultaylar diaspor təşkilatlarına gələcək fəaliyyət üçün stimul verir, dünya azərbaycanlıları arasında fikir mübadiləsi aparmağa, yeni tanışlıqlar, səmərəli əlaqəlar qurmağa şərait yaradır. Bu isə öz növbəsində onların gələcəkdə onların bir şəbəkə kimi Azərbaycanın mənafelərinin güclədnirilməsi istiqamətində fəaliyyətinə xidmət göstərir.

Bəli, bu Qurultay isə formatına görə əvvəlkilərdən bir qədər  fərqli idi. Biz daha müasir üsullardan istifadə edərək bütün diaspor nümayəndələrinin öz problemini, fikrini,təklifini deyə bilməsi üçün diasporumuz üçün aktual olan bir neçə mövzuda geniş panel müzakirələr təşkil etdik. Məsələn, müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmləri, Azərbaycan diaspor hərəkatında gənclər, lobbi quruculuğu, cəmiyyətə inteqrasiya və siyasi həyatda iştirak kimi mövzuların müzakirələrini təşkil etdik. Diaspor fəalları iki gün ərzində qeyd olunan məsələlər, qarşılaşdıqları problemlər, onların həll yollarına dair geniş fikir mübadiləsi apararaq maraqlı ideyalar, təkliflər irəli sürdülər. Müzakirələrdə səsləndirilən hər bir fikir, təklif qeydə alındı və gələcəkfəaliyyətimizdə nəzərə alınacaq.

- Panel iclaslardan biri lobbi qurucuğuna həsr olunmuşdu. Bu mövzudan danışarkən, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə artıq 4 ildir keçirilən Qlobal Bakı Forumunu qeyd etmək yerinə düşər. Sizcə, bu Forum Azərbaycan lobbi quruculuğuna hansı töhfələri verir?

- Düz qeyd edirsiz, son illərdə lobbiçilik fəaliyyətində əldə etdiyimiz əsas uğurlardan biri Dövlət Komitəsinin yaxından dəstəyi ilə Nizami Gəncəvi Beynləxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumudur. Bildiyiniz kimi, bu Forumda həm öz ölkəsində, həm də beynəlxalq arenada böyük nüfuzu olan siyasətçi və ictimai xadim iştirak edir. Bu insanlar öz nüfuzundan istifadə edərək beynəlxalq dairələrdə Azərbaycanın mənafeyini qoruyan, Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilən ictimai-siyasi xadimlərdi. Bu mənada  hesab edirəm ki, bu Forum Azərbaycanın təbliği və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir. Üstəlik, bu Forumun keçirilməsi ilə Bakı şəhəri artıq böyük siyasi proseslərin, aktual məsələlərin müzakirə edildiyi platformaya, siyasi fikir mərkəzinə çevrilib və biz ildən-ilə bu qolbal tədbirə marağın artdığını müşahidə edirik.

- Nazim müəllim, yekun olaraq bu, növbəti Qurultayın əhəmiyyətini necə qiymətləndirərdiz?

- Ən birinci və tarixi əhəmiyyəti odur ki, əvvəldə də qeyd etdiyim kimi, soydaşlarımız tarixi Vətəndə növbəti dəfə bir araya gəldi və tarixi Vətənin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi naminə bundan sonra da inanaraqfəaliyyət göstərmələri üçün hərtərəfli stimul aldı. Azərbaycan dövləti də bir daha təsdiq etdi ki, Vətən öz soydaşlarının daim arxasındadır və Azərbaycan xalqının gələcəyi naminə hər zaman da belə olacaq. Digər tərəfdən də Qurultay adından qəbul edilən müraciətlər, çağırışlar xüsusi əhəmiyyət kəsb edir. Məsələn, bu Qurultayda da ənənəvi olaraq Qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidentinə müraciəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə, həmçinin dünya azərbaycanlılarına müraciətləri qəbul edildi. Bundan başqa, Dünya Azərbaycanlılarının IV QurultayınınErmənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə də müraciəti qəbul olundu.