YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan cəmiyyəti parlament seçkilərinə böyük inamla gedir

Müsahibimiz Milli Məclisin deputatı Sevinc Hüseynova

- Sevinc xanım, ölkəmiz parlament seçkiləri ərəfəsindədir. Seçki öncəsi ölkədaxili ictimai-siyasi vəziyyəti və Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığını necə dəyərləndirirsiniz?

- Azərbaycan demokratik dövlətdir və demokratik cəmiyyətlərdə seçki məsələsi çox mühüm amildir. Ölkəmizdə beynəlxalq standarlara uyğun seçki qanunvericiliyi formalaşdırılıb ki, bu qanunvericiliklə azad və şəffaf seçkilərin keçirilməsi tam mümkündür. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Artıq parlament seçkilər kampaniyasının müəyyən mərhələləri arxada qalıb və cəmiyyətimiz bu seçkilərə yüksək əhval-ruhiyyədə gedir.

Sevindirici haldır ki, ölkəmizdə ictimai-siyasi sabitlik mövcuddur, sosial-iqtisadi inkişaf prosesləri davamlı xarakter alıb, əhalinin sosial rifahı daim diqqət mərkəzindədir. Yəni Azərbaycan cəmiyyəti parlament seçkilərinə böyük inamla gedir.

Parlament seçkilərində iştirak edən siyasi qüvvələrə, eləcə də ayrı-ayrı vətəndaşların hamısına bərabər şərait yaradılıb. Kim güclüdürsə, o da qalib gələcək. Amma bir məqamı da vurğulamalıyam ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 660 min üzvü olan partiyamız ötən dövrdə şərəfli yol keçib. Düşünürəm ki, bu amil qarşıdan gələn parlament seçkilərində də özünü bir daha göstərəcək. YAP seçkilərin keçirilməsində böyük və zəngin təcrübəyə malikdir. Partiyamız seçki ilə əlaqədar  bütün gücünü səfərbər edib. Azərbaycanda  YAP ilə rəqabət apara biləcək gücdə olan siyasi partiya yoxdur. 

Partiyamız yarandığı vaxtdan etibarən iştirak etidyi bütün seçkilərdə parlaq qələbələr qazanıb. Partiyamızın gücünün əsasını Ulu öndər Heydər Əliyevin ideyaları təşkil edir. Xalqımız Ulu öndərimizin ideyalarına sadiqdir. Çünki bu ideyalar inkişafımızın əsasını təşkil edir. Prezident İlham Əliyev tərəfindən bu gün Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi Azərbaycanı daha da güclü dövlətə çevirir. Təbii ki, bu siyasət seçkilərdə partiyamızın uğurlu seçki kampaniya aparmasının başlıca şərtlərindən biridir.

Düşünürəm ki, seçki kampaniyası dövründə partiyamızı təmsil edən qadınlar da yüksək fəallıq göstərəcəklər. Cəmiyyəti qadınlarsız təsəvvür etmək mümkün olmadığı kimi, bugünkü Azərbaycan cəmiyyətində özünə möhkəm yer tutmuş Yeni Azərbaycan Partiyasında da on minlərlə qadın birləşib. Qadınların partiyada fəallığı hər şeydən əvvəl onların ictimai-siyasi aktivliyi ilə əlaqədardır. 

- YAP Qadınlar Şurası bütün seçki kampaniyaları dövründə müxtəlif layihələr həyata keçirir. Bu layihələr yenə də davam etdiriləcəkmi?

- Təbii ki, bu layihələr davamlı xarakter daşıyır. Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü dəstəyini qazanıb. Partiyanın həyata keçirdiyi bir sıra layihələr isə bu dəstəyi daha da gücləndirir. YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Cəmiyyət üzvləri Yeni Azərbaycan Partiyası tərəfindən atılan bu addımları həmişə yüksək qiymətləndirib, bu cür aksiyalarda böyük fəallıq nümayiş etdirmişlər. Partiya sıralarında qadınlar da kifayət qədər fəaldırlar. Eyni zamanda, qadınlarımız Azərbaycanın inkişaf prosesində yaxından iştirak edirlər.

YAP Qadınlar Şurası hər il vacib layihələr həyata keçirir. Yəni bu, seçkilərlə bağlı olan məsələ deyil. Amma seçki kampaniyaları dövründə də müəyyən tədbirlər keçiririk.

Onu da qeyd etmək istəyirəm ki, YAP üzvü olan qadınların timsalında mövcud intellektual potensal qarşıdan gələn parlament seçkilərində də güclü bir amil kimi çıxış edəcək. Partiyamızın Qadınlar Şurası seçki proseslərində də  fəal iştirak edir. Bu məsələ bizim cari il üçün nəzərdə tutduğumuz işlər planında xüsusi yer tutur. Bilirsiniz ki, partiyamızın namizədlər siyahısında qadınların da sayı kifayət qədərdir. Təbii ki, namizədlərimizin təbliğatı prosesində də qadınların potensialından səmərəli istifadə ediləcək. Ona görə də, çalışacağıq ki, seçkilərin təbliğat dövründə qadınlarımızın daha mütəşəkkil surətdə təmsil olunsunlar.

- Sevinc xanım, bu gün Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Bu baxımdan, sosial sahədə həyata keçirilən dövlət siyasətini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə, o cümlədən, sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir. Məhz bu səbəbdən də reallaşdırılan siyasət, aparılan islahatlar öz müsbət nəticələrini göstərir. Artıq Azərbaycanın inkişaf modeli dünyanın bir sıra dövlətləri üçün nümunəyə çevrilib, həmin dövlətlər ölkəmizin təcrübəsindən yararlanmağa çalışırlar. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət son illərdə Azərbaycanın dinamik inkişafını təmin edib və respublikamızı dünyanın qabaqcıl ölkələri sırasına çıxarıb. İqtisadi potensialını ilbəil genişləndirən Azərbaycan, eyni zamanda, güclü maliyyə resurslarına malik olan ölkəyə çevrilib.  
Azərbaycanda ardıcıl olaraq həyata keçirilən sosial məzmunlu siyasət məhz ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına əsaslanır. Ölkədə makroiqtisadi sabitliyin qorunması sosial siyasətin daha məzmunlu olmasında, əhalinin yüksək rifahının təmin edilməsində mühüm rol oynayır. Azərbaycanda sosial siyasətin daha məzmunlu olmasını, əhalinin yüksək rifahının təmin edilməsini şərtləndirən amillər sırasında ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm rola malik faktor kimi çıxış edir. Onu da qeyd edim ki, son illərdə respublikamızda məqsədyönlü surətdə həyata keçirilən siyasət sayəsində ölkədə inflyasiya aşağı səviyyədə qalır, əhalinin pul gəlirləri də əhəmiyyətli dərəcədə artır və beləliklə də, insanların rifah halı yüksəlir.
Həmçinin, geniş sosial infrastruktur layihələrinin reallaşdırılması son illərdə Azərbaycanın inkişaf mənzərəsini tamamlayan əsas cəhətlərdəndir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyük həcmli sərmayələr yönəldir. Respublikanın bütün bölgələrində yüksək sürətlə və keyfiyyətlə reallaşdırılan su, kanalizasiya və digər infrastruktur layihələri, yeni-yeni məktəblərin, səhiyyə ocaqlarının inşası bunun təsdiqidir. Son 11 ildə respublikanın müxtəlif bölgələrində təxminən 3 min məktəb, 500-dən artıq səhiyyə obyekti tikilib və yaxud əsaslı şəkildə təmir edilib.
Məmnunluq doğuran cəhət həm də ondan ibarətdir ki, sosial infrastruktur obyektlərinin yaradılması bundan sonra da ölkəmizin qarşısında duran prioritet hədəflər sırasında olacaq.

- Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir. Bu proqramın icrası nəticəsində bölgələrimizdə böyük abadlıq və quruculuq işləri görülür. Millət vəkili seçildiyiniz Gədəbəy rayonunda bu baxımdan vəziyyət necədir?

- Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, hədəflərin düzgün müəyyənləşdirilməsi Azərbaycanı bütün sahələrdə dinamik inkişaf edən ölkəyə çevirib. Eyni zamanda, qlobal maliyyə-iqtisadi böhranın, dünya birjalarında neftin qiymətinin kəskin aşağı düşməsinin fonunda ayrı-ayrı ölkələrdə ciddi kataklizmlər yaşandığı illərdə də Azərbaycan öz iqtisadi dayanıqlılığını saxlamağa və inkişaf templərini davam etdirməyə nail olur.

lamətdar haldır ki, Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın coğrafiyası yalnız paytaxt və yaxud iri şəhərlərlə məhdudlaşmır, əksinə respublikanın bütün bölgələrində tarazlı inkişaf təmin olunur, regionlar da iqtisadi güc amilinə çevrilir. Ölkəmizdə regionların sürətli sosial-iqtisadi inkişafını təmin etmək məqsədi ilə 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən Dövlət proqramları uğurla yerinə yetirilir. İndiyədək regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı böyük müvəffəqiyyətlə tamamlanıb və hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər də uğurla reallaşdırılır. Dövlət proqramları çərçivəsində reallaşdırılan layihələr bütün bölgələrin güclü potensialından səmərəli istifadə olunmasına imkan yaradıb ki, bu da son nəticədə respublikanın ümumi inkişafını təmin edib.

Dövlət proqramı çərçivəsində Gədəbəy rayonunda da abadlıq və quruculuq işləri davam edir. Əminliklə deyə bilərəm ki, görülən işlər nəticəsində rayonun siması tanınmaz dərəcədə dəyişib. Rayona gedən magistral yol sərhəd kəndi olan Qaravəllər kəndinə kimi asfaltlanıb, hazırda isə kəndarası yolların salınması istiqamətində işlər aparılır. Çoxlu sayda mədəniyyət,təhsil ,səhiyyə və digər sosial obyektlər tikilərək istifadəyə verilib. Xüsusi olaraq qeyd etməliyəm ki, rayonda 85 ümümtəhsil müəssisəsi var ki, bunlardan yalnız dördü birtipli layihələr üzrə tikilmiş məktəblər idi. Qalan bütün məktəblər isə uyğunlaşdırılmış binalarda yerləşirdi. Bu gün isə 70-dən çox məktəbdə təmir-tikinti və yenidənqurma işləri aparilaraq, gunun tələblərinə cavab verən səviyyədə təchiz olunaraq şagirdlərin istifadəsinə verilib.

Həmçinin, tibb məntəqələri, ATS, poçt binaları, mədəniyyət evləri, klublar və digər obyektlərdə təmir-tikinti işləri aparılıb. Respublikada yeganə olaraq Aşıq Mərkəzi məhz Gədəbəy rayonunda yüksək standartlara uyğun səviyyədə tikilərək istifadəyə verilib. Bundan basqa yuksək zövqlə Yasil teatr , park, idman kompleksi, şahmat məktəbi və çox sayda binalar, mərkəzlər tikilərək sakinlərin ixtiyarına verilib. Əvvəllər tez-tez qəzaların baş verdiyi və əhəli arasinda “qanlı” körpu adlanan şəhərin girişində olan körpü yenisilə əvəz edilib, Novosaratovka kəndində təhlükəli vəziyyətdə olan körpu yenidən əsaslı təmir olundu, hansı ki, bunlar iri məbləğdə maliyyə tələb edən layihələr idi. Bu çür tədbirlər coxdur. Digər bir mühüm addım isə rayon əhalisinin içməli su ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdir. Hazırda Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sisteminin qurulması ,110 kvt –luq yarimstansiyanın tikintisi, bir necə yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi üzrə işlər davam edir. İşlər yekunlaşdıqdan sonra rayon əhalisi 24 saat içməli su və hava şəraitindən asılı olmayaraq fasiləsiz elektrik enerjisilə ilə təmin olunacaq.

Sözsüz ki, bütün bu görülən işlər əhali tərəfindən yüksək qiymətləndirilsə də, öz həllini gözləyən müəyyən məsələlər də yox deyil. İndi insanları narahat edən əsas məsələ yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi və kəndarası yolların və keçidlərin təmir olunmasıdır. Rayonda bir neçə kəndarası yol var ki, onların təmirə, yenidən qurulmasına ehtiyac var. Süzsüz ki, bu məsələlər də həllini tapacaqdır. Amma bütün işlər  Dövlət Proqramı çərçivəsində, mərhələli şəkildə həyata keçiriləcək. Əgər biz 10-15 il əvvəl əsas magistral yolun asfalt olunmasını istəyirdiksə, artıq bu gün kəndarası yolların təmirini istəyirik. Bu amilin özü də inkişafın bir göstəricisidir. Heç kimin şübhəsi olmasın ki, Azərbaycan qarşıdakı illərdə daha da güclənəcək, inkişaf edəcək və bütün problemlər həll ediləcək.