YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın turizm potensialı beynəlxalq sərgilərdə nümayiş olunacaq

Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin turizm potensialını təbliğ etmək məqsədilə hər il bir sıra beynəlxalq turizm sərgilərində milli stendlə iştirak edir.

Nazirlikdən bildirilib ki, bu məqsədlə 2016-cı ildə ABŞ, Türkiyə, İran, İtaliya, Almaniya, Rusiya, Çin, Qazaxıstan, BƏƏ, Koreya Respublikası, Yaponiya, Fransa, Polşa və Böyük Britaniyada keçiriləcək beynəlxalq sərgilərdə iştirak nəzərdə tutulur.

Sərgilərdə iştirak etmək istəyən yerli turizm şirkətləri imzalanmış müqavilə və ərizə forması ilə birgə nazirliyin turizm şöbəsinə müraciət etməlidir. Turizm şirkətləri və mehmanxanalar tərəfindən sərgilərdə iştirakla bağlı yetəri müraciət olmasa nazirlik həmin sərgidə iştirakı təxirə sala bilər.

Nazirliyin həmtəşkilatçılığı ilə iştirak nəzərdə tutulan sərgilərin siyahısına isə

“İMEX” (Almaniya), “KIHE” (Qazaxıstan), “İMTEC” (BƏƏ) və “Travel Turkey” (Türkiyə) daxildir.

“İMEX” sərgisində yalnız Azərbaycan Konqreslər Bürosuna üzv olan şirkət və mehmanxanalar iştirak edə bilər. Bu sərgidə iştirak etmək istəyən şirkətlər bilavasitə Azərbaycan Konqreslər Bürosuna müraciət etməlidirlər.

“KIHE”, "İMTEC" və “Travel Turkey” sərgilərində isə yalnız Azərbaycan Sağlamlıq və

Termal Turizminə Dəstək İctimai Birliyinə üzv olan şirkət və mehmanxanalar iştirak edə bilərlər.

 

DİGƏR Xəbərlər Arxiv