YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Bütün sosialyönümlü qərarlar vətəndaşların maraqlarına xidmət edir

«Azərbaycan dövləti sosial layihələri uğurla həyata keçirir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, dünya ölkələrinin bir çoxunda iqtisadi böhran nəticəsində müəyyən sosial proqramlar təxirə salınır. Onun sözlərinə görə, bu da həmin ölkələrin vətəndaşları tərəfindən etirazlarla qarşılanır.
«Azərbaycan dövləti isə sosial layihələri dönmədən, qətiyyətlə həyata keçirir. Əvvəlki proqramların icrası ilə yanaşı yeni sosial layihələr də həyata vəsiqə qazanır. Bu günlərdə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ölkə Prezidentinin Sərəncamı oldu. Sosial baxımdan, bu sənədin yükü olduqca böyükdür. Sərəncamla adı çəkilən kateqoriyaların təqaüdlərinin artırılması yanaşı, ödənişli təhsil alanlar da dövlət tərəfindən təqaüd alacaqlar. Bu qərar bütövlükdə cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki verilən bütün sosialyönümlü qərarlar vətəndaşların maraqlarına xidmət edir»- deyə, komitə sədri vurğulayıb.

 

 

 

DİGƏR Xəbərlər Arxiv