YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır.

Sərəncamda Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalama tədbirlərinin həyata keçirilməsini sürətləndirmək mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.

Sərəncama əsasən, bu məqsədlə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan xaricdən damazlıq heyvanların idxalı və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılması üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 13,5 milyon manat, habelə Süni Mayalama Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə 1,5 milyon manat ayrılmışdır.