YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Ombudsmanların XIII beynəlxalq konfransı keçirilir

Noyabrın 12-də Bakıda Ombudsmanların XIII beynəlxalq konfransı işə başlayıb.

“Konstitusion hüquq və azadlıqların təmin olunmasında ölkədaxili və beynəlxalq təşkilatların əməkdaşlığının rolu” mövzusunda keçirilən konfrans Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə, BMT-nin və UNESCO-nun yaranmasının 70-ci ildönümünə həsr edilib.

UNESCO-nun dəstəyi ilə təşkil olunan konfransda Avropa, Asiya və Afrikanın 10-dan artıq ölkəsindən ombudsmanlar və onların nümayəndələri, insan hüquqları sahəsində beynəlxalq ekspertlər, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış hüquqşünas alimlər iştirak edirlər.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova tədbiri açaraq bildirib ki, hər il Bakıda Ombudsmanların beynəlxalq konfransının keçirilməsi artıq ənənə halını alıb. Bu konfransın noyabrın 12-də - müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbulunun 20-ci ildönümü günündə keçirilməsinin böyük rəmzi mənası var. Çünki Konstitusiya statuslu institut olmaqla Ombudsman təsisatının fəaliyyəti Əsas Qanunla tənzimlənir.

Konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış ediblər.

Beynəlxalq konfransın yekununda Bakı Bəyannaməsinin qəbul edilməsi gözlənilir.