YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbi Bəhramov: Azərbaycanın tarixçi alimləri həmişə milli mənafedən çıxış ediblər

«Azərbaycan Milli Elmlər Akademiyası ötən  70 ildə çox çətin,  amma şərəfli bir yol keçib. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi AMEA Azərbaycan xalqının milli sərvətidir və onu qoruyub saxlamaq lazımdır. Çünki Azərbaycan elmi respublikamızı  təkcə sovetlər vaxtında SSRİ məkanında deyil, dünyada təmsil edib». Bu fikirləri yap.org.az saytına AMEA-nın Tarix İnstitutunun direktoru Cəbi Bəhramov deyib.

C.Bəhramov bildirib ki, əgər neft-kimya, geologiya elmini götürsək, Azərbaycan alimləri dünyanın bir sıra ölkələrinin, o cümlədən indiki Rusiya Federasiyasının neft-qaz kompleksinin yaradılmasında müstəsna rol oynayıb. Eləcə də, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın neft-qaz sənayesinin yaradılması bilavasitə Azərbaycan alimlərinin əməyinin nəticəsi sayıla bilər.

«AMEA-nın 70 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı hörmətli Prezidentimiz İlham Əliyev tarix elmi qarşısında duran vəzifələrdən bəhs etdi. Dövlətimizin başçısı, tariximizin tədqiq olunması, dünyaya lazımi səviyyədə çatdırılması ilə əlaqədar dəyərli tövsiyələrini verdi. Qeyd edim ki,  1945-ci ildən bu yana qədər Azərbaycanın tarixçi alimləri həmişə milli mənafeyimizi qoruyublar. Yəni Azərbaycana qarşı ərazi iddiaları məsələsində AMEA-nın Tarix İnstitutunun əməkdaşları sovet dövrünün ayrı-ayrı illərində, müasir müstəqillik illərində də həmişə milli mənafeyi üstün tutaraq tarixi ərazilərimizin xalqımıza məxsus olması ilə bağlı çoxsaylı sənədlər ərsəyə gətiriblər. Bu məsələ ilə bağlı hər zaman  respublika rəhbərlərinə çox geniş elmi arayışlar təqdim ediblər, eləcə də vacib sənədlər nəşr olunub»- deyə, C.Bəhramov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv