YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilərin yarıdan çoxu səsvermədə iştirak edib

Saat 17:00-a olan məlumata görə, Milli Məclisə seçkilərdə 2 605 948 seçici səs verib.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov Milli Məclisə seçkilərlə bağlı saat 17:00-a olan məlumatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 50,1 faiz təşkil edib.