YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə növbəti görüşü keçirilmişdir

Oktyabrın 23-də 30 saylı Suraxanı I Seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş  Fətəliyeva Sevinc Həbib qızının  Hövsan seçiciləri ilə növbəti görüşü keçirilmişdir.

Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov açmışdır.

Daha sonra  deputatlığa namizəd Sevinc Fətəliyeva Milli Məclisin deputatı kimi ötən beş illik fəaliyyəti və qarşıda duran vəzifələr haqqında danışmışdır.

Görüşdə iştirak edən qəsəbə sakinlərindən Şövkət Xanməmmədova, Şəmsi Gülverdiyev, Əjdər Şəfiyev  parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildirmiş və namizədə uğurlar diləmişlər.

 Görüşdən sonra Sevinc Fətəliyeva  Hövsan qəsəbəsində yerləşən seçki qərərgahında seçiciləri qəbul etmişdir.