YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Sahibkarlıq qeyri-neft sektorunun inkişafının aparıcı qüvvəsidir

Qeyri-neft sektorunun gücləndirilməsi ölkə iqtisadiyyatının inkişafının prioritet istiqamətidir. Sahibkarlıq isə qeyri-neft sektorunun inkişafının aparıcı qüvvəsidir.

Bu sözləri jurnalistlərə müsahibəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, bu baxımdan Prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində növbəti addımlar atılıb. Ümumiyyətlə, Azərbaycan Prezidenti sahibkarlığın inkişafına böyük diqqətlə yanaşır.

“Oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə növbəti qərarlar qəbul edilib. Bunlardan birincisi sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı qəbul olunan qərardır. Dövlət başçısı qanunvericilik təşəbbüsü göstərərək Milli Məclisə qanun layihəsi göndərib. Bu gün Milli Məclisdə həmin qanun layihəsi qəbul edilib. Layihənin mahiyyəti sahibkarlıq subyektlərində bu il noyabrın 1-dən iki il müddətinə aparılan yoxlamaların dayandırılmasıdır. Yəni, noyabrın 1-dən sonra iki il müddətinə sahibkarlıq subyektlərində yoxlamalar dayandırılacaq. İkincisi isə xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmandır. Bu Fərmana uyğun olaraq bütün xüsusi lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” vasitəsilə veriləcək. Dövlət başçısı tərəfindən göstəriş verilib ki, bir ay ərzində bu lisenziyaların verilməsi qaydaları sadələşdirilsin. Beləliklə, həm lisenziyaların sayı kəskin şəkildə azalacaq, həm də verilmə prosedurları əhəmiyyətli dərəcədə sadələşəcək.