YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Luiz Armando Rabbe Texada: Qvatemala Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı və eyni zamanda Qvatemala Respublikasındakı səfiri İlqar Muxtarov Qvatemalaya səfəri çərçivəsində bu ölkə Konqresinin sədri Luiz Armando Rabbe Texada ilə görüşüb.

Səfir Qvatemala Konqresində oktyabrın 6-da Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı ilə bağlı səs çoxluğu ilə qətnamənin qəbul edilməsinə və bu münaqişə ilə əlaqədar beynəlxalq hüququn prinsipləri əsasında Qvatemalanın tutduğu ədalətli mövqeyə görə təşəkkürünü bildirib və bunun münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Luiz Armando Rabbe Texada ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinin Qvatemala üçün də vacib olduğunu qeyd edib. O bildirib ki, tarixən soyqırımlarından əziyyət çəkən bir ölkə olaraq Qvatemala Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, sərhədlərinin toxunulmazlığına və ərazi bütövlüyünə hörmətlə yanaşır.

Ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirən Konqresin sədri deyib ki, Qvatemala qanunverici orqanı tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin qəbul edilməsi ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.