YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik ünvanladı.

Təbrikdə deyilir: “İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.”