YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tibb sahəsi üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

İsveçdə tibb sahəsi üzrə Nobel mükafatının sahibləri elan edilib. 2015-ci ildə bu mükafata amerikalı Uilyam Kempbell, yaponiyalı Satosi Omura və çinli qadın Yuyu Tu layiq görülüb. Onlar bu mükafatı parazit qurdların səbəb olduğu infeksiyaların, həmçinin malyariyanın müalicəsinin yeni metodlarına görə alıblar.

Kempbell və Omura artan parazit xəstəlikləri ilə mübarizədə özünü əla göstərən “Avermektin”, Yuyu isə malyariya xəstəliyinə yoluxan insanlar arasında ölüm səviyyəsini xeyli azaldan “Artemizinin” preparatını hazırlayıb.

Nobel komitəsi heç vaxt mükafata namizədlərin siyahısını qabaqcadan dərc etməsə də, ekspertlər ənənəyə sadiq olaraq öz reytinqlərini hazırlayır. Bu il onların mülahizələri özünü doğrultmayıb – indiki laureatlar onların tərtib etdiyi favoritlər siyahısında yer almayıb.