YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Azərbaycanda insan hüquqları problemi olduğunu iddia edənlər sifariş yerinə yetirirlər

«Bəzi beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir». Bu fikri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, bir sıra qurumların rəhbər şəxsləri də belə mövqedə dayanırlar. Onun sözlərinə görə, belələri Avropa Parlamentinə və Avropa Şurasında da var.

«Azərbaycanda insan hüquqlarının təmin olunmasında ciddi problemlərin olduğunu iddia edənlər müəyyən qüvvələrin maraqlarına xidmət edir. Bu, dəfələrlə sübut olunub. Artıq cəmiyyətimiz belə iddiaların sifarişli olduğunu bilir. Ona görə də, bu kimi fikirlərin heç bir əsası yoxdur»- deyə, deputat qeyd edib.

 

 

 

DİGƏR Xəbərlər Arxiv