YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Erməni tərəfi çıxış yolunu vəziyyəti gərginləşdirməkdə görür

«Ermənistanın rəhbərliyi separatçı qüvvələrdən ibarətdir və onlar işğalçıdırlar». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bilirib ki, erməni hərbiçilərinin cəbhə bölgəsində dinc əhaliyə atəş açması insanlıqdan uzaqdır. Onun sözlərinə görə, bu gün rəsmi İrəvan həm öz xalqını ağır duruma salmaqla yanaşı, qonşuları ilə düşmən vəziyyətində yaşayır.

«Məhz buna görə də erməni tərəfi çıxış yolunu vəziyyəti gərginləşdirməkdə görür, atəşkəsi tez-tez pozur. Qorxaq hərbi qüvvəyə malik olan dövlət ancaq bu kimi addımlar ata bilər. Eyni zamanda, Azərbaycanın qüdrətli ordusu kifayət qədər ciddi onların cavabını verir. Təbii ki, münaqişə sülh yolu ilə həll olunması, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək»- R.Rzayev qeyd edib.