YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Rusiya Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verir

«Rusiya kimi böyük bir dövlətin xarici işlər nazirinin Azərbaycana səfəri bu ölkənin Azərbaycanla əlaqələrinə xüsusi əhəmiyyət verdiyini göstərir». Bu fikri YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, bu gün Azərbaycan Rusiya üçün sadəcə qonşu bir dövlət deyil. Onun sözlərinə görə, Azərbaycan regionda lider statusu daşıyan və inkişaf edən bir ölkədir.

«Azərbaycanın mövqeyi bir çox məsələlərdə Rusiya üçün çox vacibdir. Rusiya regionun bir çox məsələlərinin həllinə istiqamət verən bir dövlətdir. Həmçinin, Dağlıq Qarabağ probleminin həlli Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiyanın mövqeyindən çox asılıdır. Onun Ermənistanla strateji müttəfiqliyi, orada hərbi bazasının olması Dağlıq Qarabağ probleminin həllinə təsir edən faktorlardır»- deyə, A.Mirzəzadə vurğulayıb.