YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfərə gedən yol, Qurtuluş Günündən başladı”

Astara rayonunda 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “Zəfərə gedən yol, Qurtuluş Günündən başladı” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov cıxış edərək bildirib ki, “15 iyun  Milli Qurtuluş Günü” gündən – günə inkişaf edən, gözəlləşən və böyük tarixi inkişaf yolunda olan doğma Vətənimizin – Azərbaycanımızın hər yerində böyük təntənə ilə qeyd edilir: “31 il bundan öncə baş verən hadisələr  1993 – cü ilin qan – qadası, ağrı acısı qardaş qırğını, insanların günahsız ölümü uzun müddət xalqın yaddaşından silinməyəcəkdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətlərdə ilk mühüm addımlar atdı”.

Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadov, Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Ərazi Partiya Təşkilatının sədri  Oktay Əmənullayev, Astara şəhər 2 Ərazi Partiya Təşkilatının sədri Xədicə Əliyeva, Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Suparıbağ kənd  Ərazi Partiya Təşkilatının sədri Nazənin Məmmədova, Heydər Əliyev Mərkəzi  Ərazi Partiya Təşkilatının sədri Kübra Səmədova və Şüvi kənd Ərazi Partiya Təşkilatının sədri Əbülfət Qüdrətov və Astara Pedaqoji Kolleci Ərazi Partiya Təşkilatının sədri, professor Kamran Kazımov çıxış edərək bildiriblər ki, Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi: “Ulu Öndərin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə və Xankəndində üçrəngli bayrağımız əzəmətlə dalğalanır”.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.