YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Ermənistanda konstitusiya islahatları keçirmək istəyi, əslində Sarkisyan rejimini qoruyub saxlamaq məqsədi daşıyır

«Ermənistanda konstitusiya islahatları keçirmək istəyi, əslində Sarkisyan rejimini qoruyub saxlamaq məqsədi daşıyır». Bu fikri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Sarkisyan konstitusiyada dəyişiklik etmək bəhanəsi ilə ölkənin bütün güc strukturlarına öz adamlarını gətirmək niyyətindədir. Onun sözlərinə görə, S.Sarkisyan  müstəqil ölkənin prezidenti olmadığı kimi, müstəqil siyasət də yürütmək bacarığında deyil.

«Məlum olduğu kimi, Ermənistan siyasi sistem baxımından prezidentli respublikadır və Ermənistan prezidenti Sarkisyan öz hakimiyyətini qoruyub saxlamaq üçün ölkəni konstitusiya islahatı vasitəsilə parlamentli respublikaya çevirmək istəyir. Sarkisyan bəyan edir ki, parlamentli respublikada nə prezident, nə də baş nazir olmaq fikri yoxdur. Amma erməni siyasətçiləri qeyd edir ki, Sarkisyan spiker olub -olmayacağı haqqında heçnə demir. Parlamentli respublikada spikerin çox geniş səlahiyyətlərinin olması haqqında artıq müəyyən fikirlər səsləndirilir, yəni konstitusiya layihəsində məsələ belə qoyulub. Nəticə etibarilə, Sarkisyan ona nail olmaq istəyir ki, konstitusiya islahatları həyata keçirib ölkəni parlamentli respublika etsin və nəticədə prezidenti xalq deyil, parlament seçsin. Parlamentdə isə saxta seçkilər vasitəsilə hakimiyyəti əldə saxlasın. Yəni, onun partiyası parlamentdə yüksək əksəriyyət təşkil etməklə prezidenti seçsin»- deyə, politoloq qeyd edib.