YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Minsk qrupunun həmsədrləri sabah Azərbaycana gəlir

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) sabah Azərbaycana səfər edəcəklər. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirlikdən verilən məlumata görə, səfər zamanı həmsədrlər Azərbaycan rəhbərliyi və digər rəsmi şəxslərlə görüşəcəklər. Görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi müzakirə olunacaq.