YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq müstəvidə fəaliyyətini gücləndirməkdə davam edir

«Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün həm milli, həm də beynəlxalq müstəvidə fəaliyyətini gücləndirməkdə davam edir». Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı  Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Prezident İlham Əliyev QHT-lərə dövlət dəstəyinin əsas istiqamətlərini müəyyən edən zaman Dağlıq Qarabağ mövzusunu ən prioritet mövzu kimi təsdiq edib. Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, bu mövzuda QHT-lər indiyədək Şuranın yardımı ilə ümumi maliyyə dəyəri 2 milyon 100 min manatdan artıq olan 141 layihə icra ediblər. 
«Şura beynəlxalq aləmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinin möhkəmləndirmək və Ermənistanın işğalçı mahiyyətini ifşa etmək məqsədilə xarici ölkə QHT-lərinə qrant müsabiqəsi elan edib və onların bu istiqamətdə layihə təkliflərini dəstəkləyib»- deyə, A.Quliyev vurğulayıb.