YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Son illər türkdilli dövlətlərin birliyinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür

«Son illər türkdilli dövlətlərin birliyinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülür». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, siyasi-iqtisadi əlaqələrlə yanaşı, humanitar və mədəniyyət sahələrində də əməkdaşlıq güclənir. Onun sözlərinə görə, perspktivdə bu yöndə görülən işlər daha effektli nəticələr verəcək.

«Hazırda türkdilli dövlətlərin əlaqələrinin daha da gücləndirilməsi üçün müxtəlif layihələr həyata keçirilir. Zaman-zaman ortaq ədəbi dilin yaradılması, ortaq televiziya kanalının fəaliyyət göstərməsi və digər təkliflər də səslənir. Bu baxımdan, Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasının keçirilməsi çox əhəmiyyətlidir. Hesab edirəm ki, toplantıda bu sahədə yeni addımların atılması üçün vacib qərarlar qəbul ediləcək»- deyə, komitə sədri vurğulayıb.