YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Məsimli: Neftdənkənar sahələrin inkişafı ölkənin ümumi daxili məhsulunda həmin sahələrin payını əhəmiyyətli dərəcədə artıracaq

«Prezident İlham Əliyev çıxışında aydın şəkildə bildirib ki, “təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli Prezident İlham Əliyevin Şabran rayonunun ərazisində yerləşən “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin açılışında çıxışı zamanı neftlə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

Ə.Məsimli bildirib ki, bu, tamamilə düzgün yanaşmadır. Yəni, bu çıxışda insan amili, Azərbaycanın neftdən əlavə olan digər potensial imkanları, xüsusən də bölgələrimizin unikal imkanları önə çəkilir.

«Ölkə Prezidentinin çıxışının tam mətninə diqqət etdikdə görürük ki, Prezidentin təsvir etdiyi Azərbaycanın perspektiv inkişafına yönəlik optimal inkişaf modeli əslində neft amilinin rolunu və əhəmiyyətini inkar etmir, sadəcə onu real məzmunda təqdim edir.Neft amilini Azərbaycan iqtisadiyyatının reallığı saymaqla,həm də bu reallığın dünya bazarında neftin qiyməti aşağı düşərkən ölkəmizin gəlirlərinə necə təsir etdiyini ortaya qoyur.Ona görə də Prezidentin çıxışında neft gəlirlərindən səmərəli istifadə edərək insan amilinin və daim gəlir gətirə bilən sahələrin inkişafının önə çıxarılmasını davamlı inkişafın əsas şərti kimi götürür. Cənab İlham Əliyevin sözügedən çıxışı hazırkı reallıqlar şəraitində neft-qaz gəlirlərinin önəmli hissəsinin elmin, elmi texniki nailiyyətlərin cəmiyyət həyatının bütün sahələrinə tətbiqinin sürətləndirilməsi işinə, regionların zəngin potensialından istiafadənin səmərəliliyinin artırılmasına,turizmin və bununla bağlı səhiyyənin, mədəniyyətin inkişafına, yerlərdə istehsalın genişləndirilməsinə və sair bu kimi istiqamətlərə yönəldilməsi prosesi daha səmərəli variantlarda davam etdiriləcəyinə işarədir. Neftdənkənar sahələrin bu cür inkişafı ölkənin ümumi daxili məhsulunda həmin sahələrin payını artıracaq ki, bu zaman da Prezidentin dediyi kimi, dünya bazarında neftin qiyməti Azərbaycan iqtisadiyyatına, gəlirlərimizə indiki kimi ciddi təsir göstərə bilməyəcək. Azərbaycanın insan, resurs və inteqrasiya potensialı əhalisinin sayına münasibətdə xeyli dərəcədə yüksək olduğundan, islahatların yeni mərhələsinə başlayıb sistemli tədbirlər və mövcud neqativlərin aradan qaldırılması hesabına neftdənkənar sahələrin rəqabətqabiliyyətli inkişafına nail olmaq realdır»- deyə, komitə üzvü vurğulayıb.