YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

MDB-nin mənzil-qərargahında Birliyin Daimi Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək

Avqustun 19-da Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində Birliyin Nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək.

Bu barədə məlumat Birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən verilib.

İclasda İcraiyyə komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edəcək.

Daimi Səlahiyyətli Nümayəndələr Birliyin ali orqanlarının qarşıdan gələn payız iclaslarının gündəliyi layihələrini müzakirə edəcəklər.

MDB Dövlət Başçıları Şurasının (Astana, oktyabrın 16-da) nəzərinə mühüm tarixlər - BMT-nin yaradılmasının 70 illiyi və Çernobıl AES-də qəzanın 30-cu ildönümü ilə əlaqədar sənədlərin daxil edilməsi planlaşdırılır. Bununla yanaşı, dövlət başçıları miqrasiya, cinayətkarlığa qarşı mübarizə, mədəniyyət, fövqəladə hallar barədə xəbərdar etmə və onların qarşısının alınması, sərhədlərin mühafizəsi üzrə əməkdaşlıq məsələlərini tənzimləyən sənədləri, habelə regionlararası əməkdaşlıq və hərbi sahədə qarşılıqlı əlaqələrin inkişafı məsələləri barədə sənədləri qəbul edəcəklər.

Sənədlərin bir hissəsi iclas öncədən Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə ediləcək. Bundan başqa, xarici siyasət idarələrinin başçıları MDB-nin 25 illiyinin qeyd edilməsi, gənclərin beynəlxalq əməkdaşlığı, ən yaxın perspektivdə bədən tərbiyəsi və idman, habelə Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının fəaliyyətini və Birliyin üzv ölkələrinin baza təşkilatlarının yaradılması və fəaliyyəti məsələlərini müzakirə edəcəklər.

Oktyabrın 30-da Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək, gündəliyin layihəsinə iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri daxil ediləcək. Bu baxımdan, sərbəst ticarət zonası haqqında müqavilənin reallaşdırılması, iqtisadiyyat sahələrinin fəaliyyəti, MDB iqtisadi inkişaf strategiyasının üçüncü mərhələsinin reallaşdırılması üzrə tədbirlər, innovasiya əməkdaşlığı məsələləri, əmtəə bazarında rəqabət, veteranlara tibbi-sosial yardımlar, habelə maliyyə xarakterli böyük sənədlər bloku müzakirə ediləcək.

Daimi Səlahiyyətli Nümayəndələr Şurası tərəfindən MDB ali orqanlarının hər üç iclasının gündəliyinin layihəsinin formalaşdırılacağı gözlənilir.

Bununla yanaşı, Daimi Səlahiyyətli Nümayəndələr Şurasının üzvləri MDB İqtisad Məhkəməsinin fəaliyyətini və bu il oktyabrın 4-də keçiriləcək Qırğızıstan Respublikası parlamentinə deputat seçkiləri üzrə Birliyin müşahidə missiyasının rəhbəri məsələsini müzakirə edəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv