YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Rusiya və Qazaxıstan hərbi gəmiləri təlim keçirlər

Rusiya, Qazaxıstan və Azərbaycanın hərbi gəmiləri artilleriya atəşlərini və gəmi məşqlərini həyata keçirmək üçün Xəzər dənizinə çıxıblar.

Bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri üzrə Mətbuat xidməti və informasiya idarəsinin nümayəndəsi İqor Dıqalo deyib. /Trend/

Onun sözlərinə görə, 3 ölkənin gəmiləri “Xəzər Kuboku-2015” müsabiqəsinə hazırlıq çərçivəsində kiçik həcmli dəniz hədəfləri, hava hədəfləri və üzən mina üzrə atəş və s. tapşırıqları yerinə yetirəcəklər.