YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda internet istifadəçilərinin sayı 72 faiz artıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən paytaxtın telekommunikasiya şəbəkəsinin daha da inkişaf etdirilməsi məqsədilə ətraf kənd və qəsəbələrdə mövcud olan elektron ATS-lərin yeni nəsl şəbəkə avadanlığı əsasında yenidən rekonstruksiyası həyata keçirilib. Yaşayış məntəqələrində sakinlərin keyfiyyətli rabitə xidməti ilə yanaşı yüksək sürətli internet xidmətləri ilə təmin edilməsi istiqamətində də işlər görülüb. Genişzolaqlı rabitə xidmətlərinin tətbiqi üçün ATS-lərdə ADSL avadanlığının montaj tutumlarının sayı 207 min 640 ədədə çatdırılıb.

Birlikdən verilən məlumata görə, artıq montaj olunan portların 91 faizi istifadəyə verilib. Kənar provayderlərə (operatorlara) məxsus ADSL-lər də nəzərə alındıqda BTRİB-nin şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə etmək imkanlığı 380 min 640 porta çatdırılıb.

Bu ilin birinci yarısında internet xidmətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 45 faiz, istifadəçilərin sayı isə 72 faiz artıb. Hazırda BTRİB istifadəçilərə ayda 2,5 milyon manat həcmində internet xidmətləri göstərir. Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin 6 ayında Birlik üzrə internet xidmətlərindən əldə edilən gəlirlərin həcmi 8,3 faiz artıb.