YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Həmsədrlərin səfərindən hansısa irəliləyiş olacağına ümid bəsləmək olmaz

«ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsinin regiona səfərinin əhəmiyyətli olması inandırıcı deyil». Bu fikri Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, həmsədrlərin səfərində hansısa irəliləyiş olacağına heç bir ümid bəsləmək olmaz. Onun fikrincə, Minsk qrupu formal qurumdur.

«Onlar hələ də ezamiyyət pullarını xərcləməklə məşğuldurlar. Biz neçə illərdir görürük ki, Minsk qrupunun fəaliyyətində heç bir effektli irəliləyiş yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. Hesab edirəm ki, ABŞ, Rusiya və Fransanın dövlət başçılarının siyasi iradəsi olarsa, bu zaman münaqişənin həll olunması istiqamətində hansısa nəticəyə nail olmaq mümkündür»- deyə, A.Mustafayeva vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv