YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədi seçim!

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü

Məlum olduğu kimi ölkəmizdə növbədənkənar prezident seçkiləri elan edildi. Belə ki, dövlətimizin başçısı cənab İlham Əliyevin dekabrın 7-də bununla bağlı imzaladığı sərəncama görə, növbədənkənar prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunur və Mərkəzi Seçki Komissiyasına Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılır.

Ölkəmizin şərəfli günlər yazılan tarixinə Zəfər seçkisi kimi düşəcək bu əlamətdar hadisənin baş verməsini şərtləndirən bir neçə səbəb vardır ki, onların biri və əlbəttə Böyük Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsi və qısa müddətli lokal antiterror əməliyyatı ilə ölkəmizdə və bütövlükdə regionda yaranan yeni reallıqdır. Bu reallıqdan irəli gələn məsələlərdən biridir ki, tarixboyu supergüclərin maraqlarının toqquşduğu mərkəz olan Qafqaz regionunda tam müstəqil, heç kəsin diqqtəsinə boyun əyməyən Azərbaycan kimi bir ölkənin mövcudluğunu və onun 200 ildən sonra qazandığı bu böyüklükdə qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün ilk növbədə siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Amma Ana Yasamızda seçkilərin bütün ölkə ərazisində keçirilməsi müddəası var, onu unutmamalıyıq. Aydındır ki, ermənilərin və onların havadarlarının işğalçılıq siyasətinin qurbanına çevrilən respublikamızda indiyə qədər keçirilən prezident, parlament və ya bələdiyyə seçkiləri bütün ölkə ərazisini əhatə etməyib. İndi isə ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam təmin olunub. Deməli, başda prezident seçkiləri olmaqla digər seçkilərin bütün ölkə ərazisində keçirilməsi konstitutsiya tələbidir. Ölkə rəhbəri də bu addımı ilə öz irəli sürdüyü demokratik təşəbbüslə yerinə yetirmiş olur. Belə olan halda bəzi bəd niyyətli qara qüvvələrin bu növbədənkənar seçki qərarına şübhə ilə yanaşmaları, özlərinə sərf edən yorumlar, şərhlər bildirmələri tamamilə absurd fikirlərdir. Bu da həmişə hakim partiyaya, mövcud iqtidara Qarabağ problemi üzərindən gəlib, hakimiyyətə can atan radikal kəsimin bəhanələrinə gözləmədikləri halda son verilib. Onlar artıq əmindirlər ki, xalqın qarşısına çıxıb, demokratiya, vicdan azadlığı kimi uyduracaqları nağıllara bundan sonra heç kim, hətta özləri də inanmayacaq. Onsuz da “Siyasi partiyalar haqqında” yeni Qanuna edilən dəyişikliklə cəmi 4-5 min üzv toplamaqda aciz qalanlar öz ailə üzvlərini də özfəaliyyət dərnəklərində saxlaya bilməyəcəklərini yaxşı başa düşürlər. Onlar çox əla bilirlər ki, qatılacaqları halda növbəti seçkilərdə məğlub olacaqları indidən məlumdur. Ona görə sosial şəbəkələrdə uydurma fikirlər yayaraq öz məğlubiyyətlərinə bir yolla don geyindirməyə çalışırlar.

Həqiqətsə birdir: Prezident seçkilərin nə vaxt keçirilməsindən asılı olmayaraq bu xalq, bu millət özünün həmişəlik dövlət başçısını 20 il bundan əvvəl bəyan edib. Bu niyyəti isə cənab Prezidentin bu yaxınlarda Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşündə kənd sakinlərindən birinin Prezidentlə dialoqu zamanı səsləndirdiyi “Bir söz deyim gülməyin mənə, seçki komissiyasının sədri Məzahir Pənahova deyin kağız-kuğuzu korlamasın, bizim Prezidentimiz həmişəlik seçilib” fikirləri ilə əslində tək özünün yox, milyonların ürəyindən keçənləri dilə gətirməklə bir daha xatırlatdı və təsdiqlədi.