Xəbərlər
Şəkidə Ulu Öndərin 102 illiyinə həsr edilən tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının “Bağbanlar” ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Bağbanlar” ərazi partiya təşkilatının sədri Mədinə Abdurahmanova, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, partiya veteranı Kamil Məmmədov, Şəki Dövlət Regional Kollecin direktoru Sərdar Şərifov, Şəki Dövlət Regional Kollecin 3-cü kurs tələbəsi Turanə Əhmədova Ulu Öndərin nəsillərə örnək olan həyat yolu, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyət barədə danışıblar. Qeyd olunub ki, müstəqil Azərbaycanın qazandığı bütün müvəffəqiyyətlər Ümummilli Lider Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir.
Sonra Ulu Öndər Heydər Əliyevə xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda partiya sıralarına qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.