YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Üfüqlərdə doğan günəş”

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Üfüqlərdə doğan günəş” adlı tədbir keçirilib.

Tədbirdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Eyubova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, şəhid atası Rza Nəbiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətlərindən, konstitusiyamızın və suverenliyimizin möhkəmləndirilməsindəki rolundan bəhs edərək, onun ideyalarının bu gün də gənclər üçün mayak olduğunu vurğulayıblar.

Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir neçə şəxsə fəxri fərman, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Şamaxı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin təqdimatında bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv