YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda YAP-ın yaradılmasının 31-ci ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyevin dövlətçilik fəlsəfəsində Yeni Azərbaycan Partiyasının yeri və rolu” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 31 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyevin parlaq ideyaları əsasında xalqımızın və dövlətimizın bu gün özünün ən qüdrətli dövrünü yaşaması Yeni Azərbaycan Partiyasının ali məqsədlərini uğurla həyata keçirməsinin bariz təzahürüdür. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bu gün İlham Əliyevin Sədrliyi ilə xalqımızı uğurlara, qələbələrə aparan yolun bələdçisi və ən etibarlı, inamlı siyasi istinadgah yeridir.

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən Qələbə ilə özünün ən böyük məramını gerçəkləşdirdi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi.

RİH başçısı Vasif İmanov söyləyib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, Vətənin mənafeyi naminə səy göstərir.

Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyevə fəxri fərman təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.