YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında bir qrup partiya fəalları ilə növbəti görüş keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə cəmiyyətimizin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan geniş bəhs edib. Bildirib ki, bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi hər bir qərar, irəli sürdüyü təşəbbüs Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, xalqımızın rifahının yüksəlməsinə xidmət edir. 2021-ci ildə tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının qəbul etdiyi  yeni qərarlar, həmin ilin sonunda  günümüzün əsas çağırışlarını özündə ehtiva edən  yeni Proqramın təsdiqlənməsi  gələcək üçün müəyyənləşdirilən hədəflərin reallığa çevrilməsinə böyük stimul oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, informasiya mübarizəsi bütün dövrlər üçün aktualdır. Nəzərə alsaq ki, Azərbaycanın müstəqil siyasəti, davamlı uğurları bəzi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qısqanclıqla qarşılanır, onların apardıqları qərəzli, heç bir məntiqə sığmayan təbliğatlarının cavablandırılmasında partiya fəalları da öz sözünü deməli, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına töhfələrini daha da artırmalıdırlar.

Müasir müstəqil, qalib Azərbaycanın uğurlarından, dövlətimizin hər bir məsələyə ədalətə və beynəlxalq hüquqa söykənən yanaşmasından, tarixi Zəfərimizin reallıqları fonunda dünya siyasətində yaratdığı dəyişikliklərdən söhbət açan Vüqar Rəhimzadə qeyd edib ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə qüdrətli dövlətin vətəndaşı olduğu üçün qürurludur. Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının üzvü olan hər kəs dövlətimizin siyasətinin fəal təbliğatçısıdır. Müasir dövrün yaratdığı imkanlardan səmərəli istifadə etməklə təbliğat işini daha da gücləndirməli,  bu işə öz dəstəyimizi artırmalıyıq.

Tədbirin sonunda bir qrup partiya fəalına fəxri fərman, təşəkkürnamə təqdim edilib.