YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkşafa və sülhə hesablanmış təşəbbüslər

“Təqdirəlayiq və qürurverici haldır ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa quruculuq və Böyük Qayıdış planı uğurla icra olunmaqla yanaşı həm də bu şəhərlərimiz dünya miqyaslı tədbirlərə ev sahibliyi edir.  Oktaybr ayının 10 – da mədəniyyət paytaxtımız olan Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının  Nazirlər Şurasının 27-ci iclasına ev sahibliyi etdi. Belə möhtəbər tədbirin Şuşada keçirilməsi ölkəmizin dünya miqyasındakı yüksək və artan nüfuzundan xəbər verir.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının  iştirakçılarına müraciət məktubu ünvanlayıb.                       

Müraciət məktubunda Prezident İlham Əliyev tədbirin əhəmiyyəti və ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatı daxilindəki səmərəli fəaliyyəti haqqında məlumat verib. Qeyd edək ki, ölkəmiz dünya miqyaslı beynəlxalq təşkilatlar daxilində nümunəvi və səmərəli fəaliyyəti ilə seçilir, inkşafa və sülhə hesablanmış təşəbbüslərlə çıxış edir. Ali Baş Komandan İlham Əliyev müraciətində  beynəlxalq ədalətin zəfərini və Azərbaycanın öz suverenliyini, konstitusiya quruluşunu bərpa etməsininin sevincini yaşadığını qeyd edib. Bəli, qüdrətli Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlaımızı işğaldan azad etməklə həm də beynəlxalq ədaləti bərqarar etdi. Və öz suverenliyini bərpa etdi.

Azərbaycan Liderinin müraciət mətnində ölkəmizin sülh təşəbbüsləri və hazırda bu sahə ilə bağlı tarixi şansın yarandığı haqda məlumat verilmişdir. Vətən Müharibəsinin başa çatmasından 3 il keçsə də Ermənistan tərəfi Azərbaycanın sülh təşəbbüslərini dəyərləndirmir. Lakin artıq Ermənistanın sülh sazişi imzalamaqdan başqa yolu qalmayıb və hər keçən gün Ermənistanın ziyanına işləyir.

Müraciətində ölkəmizin yüksək  tranzit və nəqliyyat – loqistika imkanları haqqqında məlumat verən Prezident İlham Əliyev bu sahədə həyata keçirilən layihələri və tədbirləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Əlverişli coğrafi mövqeyi və daxili sabitliyi nəticəsində Azərbaycan etibarlı tranzit ölkə kimi tanınır.