YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycanda söz və mətbuat azadlığı möhkəm hüquqi baza və dövlətin iradəsi ilə qorunur

“Azərbaycan demokratik, vətəndaş cəmiyyətinin inkişaf etdiyi, insan hüquq və azadlıqlarının təmin olunduğu, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların tam sərbəst şəkildə fəaliyyət göstərdiyi ölkələrdəndir. Tam məsuliyyətlə deyə bilərik ki, bu gün Azərbaycanda demokratiyanın səviyyəsi, insan hüquq və azadlıqlarının vəziyyəti heç bir ölkədən, o cümlədən, Avropa dövlətlərindən geri qalmır”. Bu fikirləri AŞPA-da  Azərbaycan nümayəndə heyətinin üzvü, qurumun alt komitəsinin sədri, Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı çox möhkəm hüquqi baza və dövlətin iradəsi ilə tam qorunur, jurnalistlərə qarşı diskriminasiya hallarına yol verilmir: “Azərbaycan dövlətinin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan medianın formalaşması və inkişafıdır. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı Fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Bu gün Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar. Yaradılan əlverişli mühitin nəticəsidir ki, bu gün Azərbaycanda 300-ə yaxın qəzet, 100-dən artıq jurnal, 50-dən çox televiziya və radio kanalı, 300-ə yaxın fəal internet resursu, 20-dən çox informasiya agentliyi, 20-yə yaxın mətbuat yayımı firması, onlarla jurnalist təşkilatı fəaliyyət göstərir. Bütün bunlar isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan öz demokratik yolla inkişaf məqsədinə sadiqdir və atılan addımlar, o cümlədən, azad, müstəqil və güclü medianın formalaşmasına xidmət edən tədbirlər də məhz bu məqsədə xidmət edir”.