YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Qənizadə: Azərbaycan heç kimdən asılı deyil

«Azərbaycan nəinki AŞPA-dan, ümumiyyətlə heç kimdən asılı deyil. Biz illərdir onlardan ədalətli mövqe əvəzində fərqli yanaşma görürük». Bu fikirləri Milli Məclisin deputatı  Çingiz Qənizadə deyib.

Ç.Qənizadə bildirib ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliklərin böyük əksəriyyətini zaman-zaman icra etdikcə, ölkəmizə qarşı xoşagəlməz mövqelərin şahidi olduq. Onun sözlərinə görə, son dinləmələrdə nəzərdə tutulan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, Dağlıq Qarabağ və 7 rayon barədə məsələnin hesabatdan çıxarılması hər bir azərbaycanlını, o cümlədən də hüquq müdafiəçilərini, millət vəkillərini hiddətləndirir».

«Necə ola bilər ki, bu fakt həmin bənddən çıxarılır? Haqlı olaraq AŞPA-da deputatlardan biri deyib ki, axı biz Azərbaycandan nə istəyirik? Axı Azərbaycanda tamamilə fərqli məsələlər var. Dünyanın hər yerində problemlər var, ondan danışmırıq. Amma illərdir Azərbaycanla bağlı məsələləri müzakirə edirik. Bu fikirlər AŞPA da təmsil olunan digər bir dövlətin parlament üzvünə məxsusdur. Bu normal, doğru fikirlərdir. Bundan fərqli olaraq çox təəssüf ki, ermənilərin qaldırdığı məsələ bir qrup deputat vasitəsilə AŞPA da ermənilərin xeyrinə həll olunduğunun şahidi olduq. Beynəlxalq təşkilatların qətanamələrinin, hüquqi sənədlərinin olduğu halda, yenə də AŞPA-da Azərbaycana qarşı ayrıseçkilik, Ermənistana qarşı isə sevgi və hörmət görürük. Bu, beynəlxalq təşkilatların anti-Azərbaycan kampaniyalarının tərkib hissəsi və ikili standartların bir göstəricisidir. Düşünürəm ki, Avropa Azərbaycana olan münasibətinə yenidən baxmalıdır. Bu, belə davam edə bilməz»- deyə, Ç.Qənizadə qeyd edib.

DİGƏR Xəbərlər Arxiv