YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çempion boksçu Kollazo Sotomayor: Azərbaycanın bayrağını dalğalandırdığım üçün çox şadam

Final döyüşü düşündüyüm kimi normal keçdi. Rəqibə qalib gəlməkdə o qədər də çətinlik çəkmədim. Bu qələbədə azarkeşlərin dəstəyi də mühüm rol oynadı.

Bu sözləri iyunun 26-da Azərbaycan millisinin hesabına növbəti qızıl medalı qazandıran boks üzrə yığma komandamızın üzvü Kollazo Sotomayor  deyib.

Ardıcıl beş parlaq qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxan 30 yaşlı boksçu qeyd edib: “Çempion olduğum üçün çox sevinirəm. Mən buna layiq idim. Şadam ki, məni yüksək səviyyədə və sona qədər dəstəkləyən Azərbaycanın bayrağını dalğalandıra bildim. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu qələbəmdə məşqçimin də böyük xidmətləri var”.