YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Plan baş tutmadı

BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı hansısa sənəd qəbul etmək planı baş tutmadı. Bu, onların fiaskosu oldu.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

İclasda Ermənistan və Fransanın ölkəmizə qarşı açıq qərəz nümayiş etdirdiyini bildirən deputat bu ölkələrin regionda vəziyyəti təhrif etdiyini diqqətə çatdırıb: “Qardaş Türkiyə və digər bəzi ölkələr bu məsələdə ərazi bütövlüyü və suverenlik amilini xüsusi vurğuladılar. Eyni zamanda, Ağdam-Xankəndi yolundan humanitar məqsədlər üçün istifadənin zəruriliyini qeyd etdilər. Ən vacib məqam ondan ibarətdir ki, iclasda ölkəmizin əleyhinə heç bir sənəd qəbul olunmadı.

S.Fətəliyeva vurğulayıb ki, Azərbaycanın BMT-də daimi nümayəndəsi, səfir Yaşar Əliyev çıxış edərək dövlətimizin prinsipial mövqeyini bir daha bəyan etdi. Daimi nümayəndə Ermənistanın Qarabağda humanitar böhranın olmadığını faktlarla iclas iştirakçılarının diqqətinə çatdırdı.

Deputatın sözlərinə görə, azərbaycanlı diplomatın nümayiş etdirdiyi fotofaktlar qarşı tərəfə böyük zərbə oldu. Çünki bunlar erməni yalanlarını bütün dünyada ifşa etdi. Təsadüfi deyil ki, Ermənistanda bu məsələ geniş müzakirə mövzusuna çevrilib və ifşa olunduqlarını etiraf edirlər. Beləliklə, planı baş tutmayan Ermənistan ifşa olundu.

“Ermənistan və havadarları BMT Təhlükəsizlik Şurası müstəvisində məqsədinə nail olmadılar. Bu, dövlətimizin növbəti diplomatik qələbəsidir. Amma onu da bilirik ki, Ermənistan Azərbaycana qarşı çirkin kampaniyanı davam etdirməyə çalışacaq. Beynəlxalq hüquq və ədalət Azərbaycanın tərəfindədir. Dövlətimiz prinsipial mövqeyini bundan sonra da davam etdirəcək. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bütün addımların cavabı qətiyyətlə veriləcək”, - deyə deputat qeyd edib.