YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Biz çalışmalıyıq ki, reytinq əvəzinə etik normalar qalib gəlsin və hər şeydən üstün olsun

Bəzi media sahibləri auditorıya, layk arxasınca qaçaraq, çox zaman məlumatların çatdırılmasında etik normalara riayət olunmasını nəzərə almırlar. Müxtəlif ölkələrdə baş verən dəhşətli hadisələrin və onların qurbanlarının dəqiqliklə nümayiş edilməsi insanlara, eləcə də ən həssas təbəqəyə, uşaqlara mənfi təsir göstərə bilər. Etiraf etməliyik ki, mediada təqdim olunan bu cür materiallara nəzarət çox zəifdir. Baxmayaraq ki, bu gün media nümayəndələri obyektiv olmağa çalışır, lakin çox zaman onların bəziləri mənfi obrazların, mənfi ideyaların yayılmasına fəaliyyətləri ilə təkan verirlər. Bu xüsusilə uşaqların psixologiyasına ciddi təsir edir.

Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun yay sessiyasında “Media məsuliyyəti və müasir media mühitində etika” mövzusunda çıxış edərəkdən söyləyib.

S.Fətəliyeva deyib: “Zəmanəmizin və cəmiyyətin əsas çağırışlarından biri müasir mühitdə uşaqların tərbiyəsidir. Ailə, onu əhatə edən mühit, məktəb və media məkanı kimi faktorlar, uşaqların tərbiyəsinə, formalaşmasına təsir edir və böyüyən şəxsin mənəvi inkişafına köməklik göstərir. Media resursları uşaqların dünya görüşündə, dəyər sistemində mühüm rola malikdır. Bu məsələ hər bir ölkənin gündəmindədir. Ənənəvi və müasir informasiya vasitələri insanların şüurunun müəyyən istiqamətə yönəlməsinə təsir edə bilər. Bu nöqteyi-nəzərdən medianın həm müsbət, həm də mənfi təsir gücünün olduğunu etiraf etməliyik. Mənfi hal ondan ibarətdir ki, filmlər, verilişlər, cızgi filmləri vasitəsi ilə əxlaqsiz, qeyri-etik informasiyanın yayılmasını, zorakılığın müxtəlif növlərini görmək olur. Həmçinin bu müəyyən fobiyaların və stereotilplərin formalaşmasına xidmət edir. Məhz, son zamanlar dünyanın müxtəlif güşələrində baş vermiş dini, etnik dözülməzlik və terrorçuluğun yayılması nəticəsində, müsəlman və terrorçular arasında analogiyanın yaranmasında medianın günahı var.

Bildirilib ki, pornoqrafiya, intihar, narkotiklərin qəbuluna həsr olunmuş bir sıra veb-saytlar mövcuddur. Bəzən terroçuluğun, radikalizmin, zorakılığın, uşaqlara psixoloji travmasının nəticəsində davranışda da ciddi dəyişikliklər baş verir.

Qeyd olunub ki, cinayət, qumar oyunları, cinsi zorakılığı əks etdirən məqalə və verilişlər, uşaqların zehninə təsir edərək onlar üçün “nümunə”vi obraz yarada bilər. Baxmayaraq ki, bu kiminsə maraqlarına ziddir, medianın fəaliyyətinin məsuliyyət üzərində qurulması həll olunmalıdır. Biz çalşmalıyıq ki,reytinq əvəzinə etik normalar qalib gəlsin və hər şeydən üstün olsun.

 

DİGƏR Xəbərlər Arxiv