YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sarsılmaz həmrəylik nümayişi

YAP Ağdam rayon təşkilatının sədri

Mansur Quliyev

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırıldı, ordumuz ən müasir silah və texnika ilə təchiz olundu və 44 günlük Şanlı Vətən Müharibəsində Zəfər çaldı, torpaqlarımız düşmən tapdağından azad edildi.

Qürur hissi ilə deyə bilərik ki, 44 günlük Vətən müharibəsi zamanı xalq sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi və tarixi ədalət bərpa olundu.

İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi və Forumda Prezident İlham Əliyev qlobal əhəmiyyət kəsb edən məsələlər ətrafında geniş məzmunlu çıxış etdi. Eyni zamanda xüsusilə vurğulamaq lazımdır ki, qədim Şuşa şəhərində keçirilən bu Forum siyasi tarixi əhəmiyyət kəsb edir.

Konfransda Azərbaycanın region və dünyadakı rolundan ətraflı bəhs edən Prezident İlham Əliyev bildirdi ki, “başlıca prioritet, əlbəttə ki, ərazilərin işğaldan azad edilməsi və müvafiq olaraq Silahlı Qüvvələrin potensialının artırılması məsələsi idi. O ki qaldı indi Azərbaycanın müdafiə qabiliyyətinə, bu məsələ yenə də diqqət mərkəzində qalmaqdadır, İkinci Qarabağ müharibəsinin təcrübəsini, bizə daha çox lazım olanları, daha az lazım olanları, daha çox nəyin istifadə olunduğu, daha az nəyin istifadə edildiyini nəzərə almaqla. Siz hərbi quruculuq məsələlərinə yaxşı bələd olan bir insan kimi məni yaxşı başa düşürsünüz. Bununla belə, birinci planda, əlbəttə ki, dayanıqlı inkişaf məsələləri durur, neft və qaz sektorundan asılılığın azaldılması dayanır. Düşünürəm ki, bu hədəf, bu məqsəd neft hasil edən bütün ölkələrin qarşısında dayanır. Neft sənayesinin iqtisadiyyatda önəmli yer tutan ölkələrdə bunu etmək o qədər də asan deyil. Amma bunsuz dayanıqlı inkişaf mümkün olmayacaq. Çünki təbii resurslar bitən resurslardır, biz iqtisadiyyatın istənilən şəraitdə və vəziyyətdə dayanıqlı olmasını təmin etməliyik. Təbii ki, biz ehtiyat yaradırıq, valyuta ehtiyatlarımızı artırırıq, idarəetmə sistemini təkmilləşdiririk. Bütün bunlar bizə əlavə imkanlar qazandırır.”

Bu gün Azərbaycan geosiyasi və strateji mövqe baxımından regionun lider dövlətidir və öz milli dövlətçilik maraqları əsasında beynəlxalq siyasi arenaya uğurla inteqrasiya etməkdədir.

Qeyd edək ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi ölkəmiz üçün prioritet istiqamətlərdən birini təşkil edir və Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin qısa zamanda imzalanması bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması deməkdir.