YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Numan Kurtulmuş: Azərbaycan Cənubi Qafqazda ən önəmli müttəfiqimizdir

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Şəhidlər xiyabanını ziyarət edib.

Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə əklil qoyulub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.

Daha sonra jurnalistlərə açıqlama verən Numan Kurtulmuş qeyd edib ki, Azərbaycan qardaş ölkədir və Cənubi Qafqazda ən önəmli müttəfiqimizdir. “Türkiyənin həm Şimali Kiprlə, həm də Azərbaycanla olan münasibəti bizim üçün olduqca əhəmiyyətlidir", - deyə TBMM sədri vurğulayıb.