YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Terror xislətinin növbəti göstəricisi

“Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin qətlə yetirilməsi Fransa dövlətinin terror xislətinin növbəti göstəricisidir. İrqi zəmində baş vermiş bu qətliam həm də bir daha sübut edir ki, Fransada heç bir insani dəyərlərə hörmət qalmayıb və Fransanın insan hüquqlarından danışmağa heç bir haqqı yoxdur. Dünyanın 50-dən artıq ölkəsində qırğınlar törətmiş, sərvətini talamış və ən əsası terror dövlət olan Ermənistanı dəstəkləyən, ona bacılıq edən Fransada bu cür vəhşilik ilk belə hal deyil. Qətliamın törədilməsi azmış kimi hadisə ilə bağlı çəkiliş edən jurnalistlər də təzyiqlərə məruz qalır, onlara peşə fəaliyyətlərini yerinə yetirməyə imkan vermirlər. Fiziki zorakılıqlara məruz qalan jurnalistlər içərisində  Azərbaycan Televiziyasının əməkdaşları da vardır. Beləki qanuni fəaliyyətlərini icra edən Azərbaycan Televiziyasının jurnalistlərinin çəkiliş kamerası əllərindən alınıb, sındırılıb və onlar silahla təhdid olunublar. Lakin çox təəssüf ki, hələdə xain hücumu törədənlər heç bir məsuliyyətə cəlb olunmayıb və rəsmi Paris Azərbaycana qarşı riyakar, ikiüzlü siyasətini davam etdirərək azərbaycanlı jurnalistlərə qarşı törədilmiş hücuma göz yummaqdadır.” Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, yeniyetmənin qətliamından sonra Fransada  narazılıqlar, ixtişaşlar geniş vüsət almaqdadır: “Maraqlısı budur ki, Fransada ixtişaşların baş alıb getdiyi bir vaxtda Prezident Makron Elton Conun konsertinə gedir öz istirahətinən, kefindən belə qalmır. Görünür nə yeniyetmənin qətli nə də xalq Fransa Prezidentini maraqlandırmır. Artıq Fransa xalqı da Makronun yarıtmaz, ikiüzlü, riyakar, terror, erməni lobbisinə xidmət edən siyasətindən bezib. Necə deyərlər Paris partlayır. Bu dəfə isə Parisi partladan dərviş yox Makron və onun yarıtmaz, ikiüzlü, terror siyasətidir”.