YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Ermənistan bütün dünyada müharibə, terror ixrac edən ölkə kimi tanınır

Ermənistan heç vaxt konkret, birmənalı mövqe sərgiləməyib. Bu ölkə heç bir konkret seçim etməyib və konkret olaraq kiməsə dostluq münasibəti göstərməyib. Bu da onu deməyə əsas verir ki, erməni hiyləgərliyi öz işindədir və güclü kimdirsə onlar onun yanındadırlar. Ancaq anlamırlar ki, onların iç üzü artıq bütün dünyaya məlumdur.

Bu fikirləri Milli Məclisin deputatı, Avropa İttifaqı -Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Avronest Parlament Assambleyası enerji komitəsinin sədri Fuad Muradov NATO PA-nın Yerevanda keçirilən “Rose-Roth” 89-cu seminarının toplantısında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın rəsmi Yerevandan Avropa İttifaqı ilə Rusiya arasında seçim etməyin tələb olunduğu barədə açıqlamasına münasibət bildirərkən deyib.

F.Muradov qeyd edib ki, Ermənistan bütün tərəflərlə oyun oynamağa, özünü həmin tərəflərin yanında göstərməyə çalışır. Onlar düşünürlər ki, buna nail olurlar. Lakin Ermənistan indi dünyada qeyri-sabitlik ixrac edən ölkə kimi tanınır.

Fuad Muradov qeyd edib ki, ermənilər bu məkrli siyasətlərini uzun zaman dünyadan gizli tutmağa çalışıblar. İndi hər şeyin üstü açılıb. Artıq bütün dünyada Ermənistan müharibə, terror ixrac edən ölkə kimi tanınır.