YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naftalanda “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib

Naftalanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının, Naftalan şəhər Gənclər və İdman İdarəsinin və şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunan yarışda şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların komandaları birincilik uğrunda mübarizə aparıblar.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ümummilli Liderin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərində öz xalqına sıx bağlı olduğunu vurğulayıb, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətindən danışıblar.

Üç mərhələdən ibarət olan yarışın yekun nəticələrinə əsasən, Şəhər Polis Şöbəsinin komandası, Naftalan Şəhər İcra Hakimiyyətinin komandası və Naftalan şəhər Uşaq-Gənclər İdman Məktəbinin komandası müvafiq olaraq ilk üçlükdə yer alıblar.

Yarış qalibləri kubok və diplomlarla mükafatlandırılıb.