Xəbərlər
Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüşüb

Milli Məclisin deputatı Asif Əsgərov bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş Azərbaycan Silahlı Qüvvələrinin giziri, Zaqatala rayonunun Qımır kənd sakini Sadiq Əsgərovun yas mərasimində iştirak edib.
Mərasim zamanı millət vəkili mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib, onların kədərini bölüşüb. O bildirib ki, Vətənə sədaqətlə xidmət etmiş hərbi qulluqçuların xatirəsi daim əziz tutulur, onların ailələri isə hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzindədir.
Daha sonra millət vəkili Asif Əsgərov Ələsgər kəndində seçiciləri ilə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.