YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu siyasətin təcəssümü

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində ölkəmiz regionda mövqelərini daha da möhkəmləndirərək söz sahibinə çevrilmiş, beynəlxalq müstəvidə layiqli yerini tutmuş, dünya dövlətləri sırasında yüksək nüfuz qazanmışdır. Gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirən ölkəmiz günü-gündən inkişaf edərək qarşısına qoyduğu bütün hədəflərə çatır.

Mayın 31-də Bakıda keçirilən 35 ölkəni təmsil edən 320 şirkətin iştirak etdiyi 28-ci Beynəlxalq Sərgi uğurlu siyasətimizi təcəssüm etdirməklə, Azərbaycanın yüksək enerji potensialına malik olduğunu bir daha göstərdi. “Caspian Oil&Gas” sərgisi və onunla eyni vaxtda təşkil olunmuş 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji- “Caspian Power” platforması ölkəmizin əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, aparıcı şirkətlər arasında faydalı əlaqələrin qurulmasına yeni imkanlar yaratdı.  

Uzun illər dünyada xam neft ixracatçısı kimi tanınan ölkəmiz artıq uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz dəhlizinin təşəbbüskarı və icraçısı kimi qəbul edilir. Belə ki, qaz yataqlarının işlənilməsi ilə bağlı ən böyük layihələrdən biri olan Cənub Qaz Dəhlizi Xəzər hövzəsindən təbii enerji resurslarının nəqlində mühüm rol oynayır. Bu layihə Xəzər dənizinin Azərbaycan hissəsinin qaz resurslarını birbaşa Avropa bazarlarına çıxararaq, bütünlükdə regionun enerji xəritəsini dəyişir. Geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən dəhlizin icrasında Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya olmaqla yeddi ölkə iştirak etmiş və bu layihənin həyata keçirilməsində iştirakçı olan bütün tərəflərin həm hasilatçı ölkə Azərbaycanın, həm tranzit ölkələr, həm də istehlakçı ölkələrin enerji təhlükəsizliyi məsələləri tam şəkildə təmin edilmişdir.

Energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verən Azərbaycan Avropanın qaz bazarında fəaliyyətini gündən-günə genişləndirməklə yaxın gələcəkdə qaz təchizatının coğrafiyasını 6 ölkədən, ən azı 10 ölkəyə çatdırmağı planlaşdırır. Bununla da, etibarlı ticarət tərəfdaşı adını qazanan ölkəmiz dünya ölkələri ilə çoxşaxəli əməkdaşlığı möhkəmləndirmək istiqamətində fəal iş aparır, heç bir ölkənin daxili işlərinə qarışmadan, şəffaf və təhlükəsiz şəraitdə siyasi dialoq həyata keçirərək zəngin enerji potensialı, güclü və dayanıqlı iqtisadiyyatı ilə hərtərəfli inkişafını təmin edir. Azərbaycan qaz ixrac etdiyi ölkələrdə ixracın həcmini artırmağı, ümumilikdə 2027-ci ilə qədər Avropaya 20 milyard kubmetr təbii qaz çatdırmağı planlaşdırır. Yalnız Avropa İttifaqı ölkələrinə deyil, o cümlədən qardaş Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, İtaliya və Rumıniyaya da təbii qaz göndərilərək ixracat coğrafiyası genişləndirilir.

Uzun illərdir aparılan uğurlu siyasət, gələcəyə hədəflənmiş addımlar bu gün Azərbaycanın dünyanın bir çox ölkəsi ilə enerji sahəsində əməkdaşlığına güclü zəmin yaradıb. Bu isə təbii ki, zəngin təbii resurslarından düzgün istifadə edən, xalqın mənafeyini hər şeydən üstün tutan və onun rifah halının yaxşılaşmasını prioritet hesab edən dövlətimizin iqtisadi gücünü, qüdrətini artırır. Ölkə başçımız bu il yanvarın 30-da Budapeştdə səfəri çərçivəsində mətbuata bəyanatla çıxışı zamanı demişdir: "Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz etibarlı tərəfdaş adlandırır". Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətində olan ölkəmiz ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsində və bu əlaqələrin çoxşaxəli əməkdaşlığa çevrilməsində fəal iş aparır, beynəlxalq təhlükəsizliyin, sülhün qorunmasına öz töhfəsini verir. Müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi sahəsində liderlik qazanan ölkəmiz müstəqil xarici siyasətində Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, İslam Konfransı Təşkilatı və s. beynəlxalq təşkilatlarla təmaslarını və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirir. May ayının 25-də ölkə başçımızın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə işgüzar səfəri çərçivəsində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı Azərbaycanın artan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin iclasda çıxış edərkən uğurla həyata keçirilən müstəqil xarici siyasətin nəticəsində irimiqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan ölkəmizin tam iqtisadi müstəqilliyə nail olduğunu, eyni zamanda Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına təxminən 4 ildir ki, uğurla sədrlik etdiyini vurğulaması müstəqil dövlətimizin həm etibarlı tərəfdaş, həm də dünya ölkələri arasında söz sahibinə çevrildiyinin sübutudur. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan və dünyada sülhün, əmin-amanlığın təmin olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın lider dövlətinə çevrildi.

Müharibənin qələbə ilə başa çatmasından sonra regionda söz sahibi olan, bütün dünyada dayanıqlı iqtisadiyyata, güclü orduya, inkişaf etmiş müdafiə sənayesinə malik ölkə olaraq qəbul edilən dövlətimiz qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə investisiyalar yatırmağı prioritet hesab edir. Əlverişli, təhlükəsiz investisiya mühiti şəraitində ölkəmizdə xarici və yerli investisiyaların lazımınca qorunmasını dünya birliyi yüksək qiymətləndirir. Bu isə xarici investor axınını, ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının getdikcə artmasını şərtləndirir. Şərq və Qərb arasında, İpək yolu coğrafiyasında yerləşməsi Azərbaycanın gələcək inkişafına geniş imkanlar yaradır. Zəngin təbii potensiala malik olan ölkəmiz öz enerji tələbatlarını təmin etməklə bərabər, bir çox dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır.

DİGƏR Xəbərlər Arxiv