YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nə deyiriksə, onu da edirik

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın tarixi Zəfərimizdən sonra bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etməsinə baxmayaraq, 30 illik işğal dövrünün reallıqları cənab İlham Əliyevin bütün çıxışlarında əsaslı şəkildə təhlil edilir, beynəlxalq ictimaiyyətə çatdırılır. Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş torpaqlara səfərlərinin hər biri məhz bu reallıqların təqdimatıdır. Bu baxımdan ki, 30 illik işğal dövründə bütün ərazilərinizi tamamilə dağıdan, yerlə-yeksan edən ermənilər nə qədər vəhşi millət olduqlarını sübut etdilər. Azərbaycan dövləti bu gün həmin torpaqlarda apardığı genişmiqyaslı bərpa-quruculuq işləri ilə nə qədər qurucu, yaradıcı xalq olduğumuzu, torpaqlarımızın tarixi sahibinə qayıtdıqdan sonra həyatının yeni mərhələsini yaşadığını təsdiqləyir.

Azərbaycan 30 il münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərdi. Ermənistan isə əksinə, ona havadarlıq edən dövlətlərə arxalanaraq danışıqlara imitasiya naminə qatıldı, vaxt qazanmaq üçün təxribatlar törətməklə diqqəti yayındırmağa, sülh danışıqlarına mane olmağa çalışdı. Dövlət başçısı İlham Əliyevin mayın 28-də Laçına qayıdan əhali ilə görüşündə qeyd etdiyi kimi,  Ermənistan torpaqlarımızdan öz xoşu ilə çıxmaq fikrində deyil. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Biz heç vaxt bununla razılaşa bilməzdik. Amalımız ərazi bütövlüyümüzün tam bərpa edilməsi idi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində buna nail olduq.

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfərində Ermənistana və havadarlarına ünvanladığı mesajların mahiyyətində bu məqam xüsusi yer tutur ki, sülh müqaviləsinin imzalanması Ermənistan üçün son şansdır.

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığı diqqətdən kənarda qalmır. Müzəffər Ali Baş Komandanın qeyd etdiyi kimi, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, ölkəmiz rahat və təhlükəsizlik şəraitində yaşayacaq.

Azərbaycan ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti ilə Ermənistana yeni reallıqları qəbul etdirir. “Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır!” söyləyən cənab İlham Əliyev bildirdi ki, onlar cəmi 3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyirdilər. Hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaq, azərbaycanlılar bu vəziyyətlə barışacaq. Bu vəziyyətlə barışmayacağımızı bildirdik. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq dövlət başçısı İlham Əliyevin bir neçə il bundan əvvəl dediyi “Qarabağ Azərbaycandır!” sözlərinin təkrarıdır.

DİGƏR Xəbərlər Arxiv