YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüssel görüşü: Bakı diktə, İrəvan isə qəbul edir

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutmuşdur. Diqqət çəkən əsas məqamlara nəzər yetirsək, qeyd edə bilərik ki, beşinci Brüssel görüşünün nəticələri Azərbaycanın növbəti diplomatik uğurudur. Çünki:

- Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan 1991-ci il “Alma-ata bəyannaməsi”nə sadiq olduqlarını bildirmiş, sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanması razılaşdırılmışdır. Azərbaycanın 86,6 min km², Ermənistanın 29,8 min km² ərazisi qarşılıqlı şəkildə tanınmışdır. Beləliklə, erməni baş nazirin beynəlxalq platformada Azərbaycanın ərazi bütövlüyünü tanıması Ermənistanın Qarabağla bağlı iddialarının üstündən birdəfəlik xətt çəkmiş oldu;

- İtkin düşmüş şəxslərin taleyinin həlli, nəqliyyat və iqtisadi əlaqələrin bərpası, Naxçıvana və Naxçıvandan keçən dəmir yolu tikintisinin birlikdə aparılması və s. kimi məsələlər ətraflı müzakirə edilmiş, kommunikasiyaların açılmasının zəruriliyi növbəti dəfə birmənalı şəkildə ifadə olunmuşdur;

- Şarl Mişelin “keçmiş Dağlıq Qarabağ Vilayəti” ifadəsini işlətməsi Ermənistanın manipulyasiyasının əsassız və faydasız olduğunu təsdiqləmiş, Qarabağın Azərbaycanın suveren ərazisi və daxili işi olduğunu sübuta yetirmişdir;

Bütövlükdə, Avropanın siyasi paytaxtında – Brüsseldə baş tutmuş üçtərəfli görüşdə əldə olunan razılaşmalar beynəlxalq hüquq normalarına uyğun olmaqla Azərbaycanın maraqlarına tam cavab verir və ölkəmizin regionda sülh, təhlükəsizliklə bağlı prinsipial mövqeyinin həlledici olduğunu təsdiqləyir.

Raya Məhərrəmova

Politoloq