YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Davamlı sülh mümkündür"

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş irəliyə doğru mühüm addımdır.

Bunu mütəmadi brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.

“ABŞ bu danışıqlarda iştirak etməyib. Amma Arlinqtonda apardığımız danışıqların davamı olaraq hesab edirik ki, bunlar irəliyə doğru mühüm addımlardır. Fikrimizcə, bu iki ölkə - Azərbaycan və Ermənistan arasında davamlı sülh mümkündür", - deyə V.Patel qeyd edib.