YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqilliyimizin və dövlətçiliyimizin keşiyində

“Hər bir xalqın müstəqilliyinin qorunub saxlanılmasında ən önəmli faktorlardan biri güclü ordusunun olmasıdır. 90-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik edən siyasətdən uzaq şəxslərin yarıtmaz fəaliyyəti ordumuzdan da yan keçməmişdi. Nəticədə isə 20 faiz torpaqlarımız işğal altına düşmüşdü. Ancaq ulu öndər Heydər Əliyevin orduya, hərbi peşə, zabitlik peşəsinə xüsusi diqqət yetirməsi ölkədə ordu siyasətində yeni mərhələnin başlanğıcı oldu”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

“Bu gün biz cəsarətlə deyirik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu, dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var. Əlbəttə bu uğurun başlanğıcı Ulu öndər Heydər Əliyevin düzgün ordu quruculuğunun nəticəsidir. Ulu öndərin hərbçilərə xüsusi diqqət və qayğısı ordunun qüdrətinin, onun döyüş qabiliyyətinin, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hisslərinin yüksəlməsinə səbəb olmuşdur. Ümummilli lider çıxışlarından birində vurğulamışdı ki, etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz. Hələ Azərbaycanın 20 faiz torpağının işğal altında olması da istər istəməz bu amillərin vacibliyini ön plana çəkirdi. Ulu öndər Heydər Əliyevin ölkəmiz üçün etdiyi ən mühüm xidmətlərindən biri də milli ordumuzun yaradılması idi. Milli ordunun yaradılması, keyfiyyətli və vətənpərvər kadrların seçilməsi, onlarla müxtəlif platformalarda görüşlər, yenicə müstəqillik qazanmağımıza baxmayaraq, tez bir zamanda güclü ordunun formalaşmasına səbəb olmuşdu. Biz isə ordu quruculuğunun bəhrəsini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı gördük. Düşmənlərdən şəhidlərimizin qisasını alan ordumuz torpaqlarımız işğaldan azad etdi. Bununla da Azərbaycanın ordu quruculuğunda necə düzgün strategiya yürütdüyünü hər kəsə məlum oldu. Azərbaycanın milli ordusu bu gün Azərbaycanı hər bir hadisədən qorumağa qadirdir, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin keşiyində durubdur. Artıq Azərbaycan xarici ölkələrdən silah almaqla yanaşı özü də silah istehsal edir. Bu gün Azərbaycan hərbçisi dünyada ən nümunəvi və peşəkar, dözümlü hərbçilər siyahısındadır”.-deyə, Vüqar İskəndərov bildirib.

DİGƏR Xəbərlər Arxiv