YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bariz nümunə...

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

44 günlük Vətən Müharibəsində şanlı ordumuz tərəfindən işğaldan azad olan ərazilərə artıq yeni nəfəs gəlib, bu gün bu ərazilərdə aparılan bərpa işləri, infrastrukturun bərpası, strateji obeyktlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları əsasında aparılır və 30 il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. 

Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərin bərpası ölkə Prezidenti İlham Əlyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır.

Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi bu gün işağaldan azad olunan ərazilərdə tikinti-quruculuq və bərpa işlərini Azərbaycan dövləti təkbaşına icra etməkdədir və Azərbaycanın qüdrətli dövlət olmasına bariz nümunədir.

İşğaldan azad edilmiş digər rayonlarımız kimi, Laçın rayonu da hazırda genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Prezident  İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən Laçın rayonun çox böyük potensiala malik olduğunu və rayonun gələcək inkişaf prespektivləri haqqında ətraflı məlumat verərək qeyd etdi ki, “İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi. 2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində apardığım bir çox saatlıq telefon danışıqları nəticəsində biz nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi mənim təkidimlə yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir. Amma bu, bir qədər qeyri-müəyyən ifadələrlə göstərilmişdir ki, üç il ərzində bu məsələ ilə bağlı müzakirələr aparılacaq. Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi mən dərhal göstəriş verdim ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin. Biz bu işə tezliklə başlamışıq və bunu bir il yarım ərzində həll etmişik”.

Bu gün digər işğaldan azad olunmuş rayonlarımız kimi Laçın rayonu da özünün çiçəklənən dövrünü yaşamaqdadır və rayonda həyata keçirilən təxirəsalınmaz uğurlu infrastruktur layihələrinin məntiqi nəticəsi kimi laçınlılarda çox qısa müddət ərzində öz doğma evlərinə qayıdacaqlar.

Eyni zamanda yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək.

DİGƏR Xəbərlər Arxiv