YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərəqqi yolu...

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycanın siyasi sistemində ötən iki il siyasi dialoq prosesinin formalaşması dövrü kimi müşahidə olundu. İlk öncə qeyd etmək lazımdır ki, güclü dövlətin ən vacib xüsusiyyətlərindən biri də cəmiyyətin fərqli kəsimləri arasında milli maraqlar baxımından birliyin olmasıdır. Bu məqama ciddi önəm verən dövlətlər istənilən zaman müxtəlif təxribatların qarşısının alınmasında möhkəm duruş gətirə bilər. Çünki cəmiyyətdə milli maraqlar ətrafında vahid vətəndaşlıq mövqeyi olur və çağırışlara adekvat reaksiya bildirilir. Əksinə hansı dövlətlərdə ki, milli məsələlərdə cəmiyyətdə fikir ayrılığı hökm sürur, tərəflər öz maraqları naminə hətta dövlətin əksinə işləyən fəaliyyətlər həyata keçirir orada sabit şəraitdə inkişafın bərqərar olması böyük çətinliklə bəzən tamamilə mümksüz olur.

Azərbaycan müasir dünyada özünün yeni çağırışlara hərtərəfli cavab verən inkişaf modeli ilə digər dövlətlərə nümunədir. Bu baxımdan Azərbaycanın siyasi sistemindəki dialoq prosesini xüsusi vurğulamaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində son 20 ildə ölkəmiz misli görünməmiş inkişaf yolu keçmişdir. Bəlkə də bir əsrdə bir dövlət üçün görüləcək işləri iki onilliyə sığdırmış  Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişafını növbəti onilliklərdə sağlam təməllər üzərində aparılması üçün ali iradənin təzahürü olaraq ölkəmizdə siyasi dialoq prosesinin təşəbbüsünü başlatmışdır. İqtidar və müxalifətdə təmsil olunan siyasi partiyaların milli məsələlərdə vahid mövqedən çıxış etməsini, dövlətimizin inkişafı və cəmiyyətimizi qayğılandıran məqamlarla bağlı qarşılıqlı fikir mübadiləsi siyasi dialoqun ölkəmizin siyasi sisteminə bəxş etdiyi yeniliklərdəndir. Əvvəlki dövrlərə nəzər saldıqda siyasi sistemimizdə mövcud olan bəzi qüvvələrin ölkəmizə qarşı antimilli mövqedə çıxış etdiyi müşahidə edilirdi. Cəmiyyətdə siyasi partiyalarla bağlı müəyyən tənzimləmələr olmadıqda, bəzi siyasi partiyalar ölkənin milli təhlükəsizliyinə təhdid ola biləcək xarici qüvvələrin təsiri altına düşərək fəaliyyət göstərə bilirlər. Siyasi dialoq prosesi həmin təsir altına düşmüş partiyaları siyasi sistemdən kənarlaşdırmağa yəni “tərkisilah” etməyə şərait yaradır. Son iki ildə siyasi dialoqdan boyun qaçıran bu tip partiyalar dövlətin və xalqın maraqlarını əks etdirən mövqelərdə olmadıqlarını açıq şəkildə nümayiş etdirdilər.

Siyasi dialoq prosesinin institutsionallaşması isə cari ildə “Siyasi partiyalar haqqında” yeni Qanunun qüvvəyə minməsi ilə oldu. Azərbaycanda hökm sürən demokratik vəziyyət ölkədə çox sayda siyasi partiyaların formalaşmasına şərait yaradır. Lakin dövlətin inkişafını və xalqın rifahını sağlam təməllər üzərində təmin edəcək siyasi partiyaların olması bu sahədə kəmiyyəti deyil keyfiyyəti önə çəkir. Ona görə yeni qanun müəyyən tələblərə cavab verməyən siyasi partiyaların siyasi sistemdən kənarlaşdırılmasını özündə ehtiva edir. Qanun tələblərinə cavab verə bilməyən siyasi partiyaların hakimiyyət iddiasında çıxış etməsi artıq onların gələcək fəaliyyətlərində müəyyən suallar doğurur. Artıq müəyyən siyasi partiyalar bəyanatlar verərək, öz fəaliyyətlərini sonlandırdıqlarını bildirirlər. Bu təbii bir haldır, çünki zaman keçir və çağırışlar dəyişilir. Çağırışlara cavab verən siyasi partiyalar özlərinə müəyyən elektorat cəlb edə bilir, ancaq bu çağırışlara uyğunlaşa bilməyənlər artıq siyasi mühitdən kənarlaşaraq fəaliyyətini sonlandırır.

Azərbaycanın inkişaf səviyyəsinə uyğun olaraq onun siyasi sistemi də uğurlu şəkildə tərəqqi yolu ilə gedir. Bu isə gələcəkdə daha da güclü daha da qüdrətli Azərbaycan deməkdir və bu tərəqqinin müəllifi Prezident İlham Əliyevdir.

DİGƏR Xəbərlər Arxiv